Fiat-ı da Azərbaycanda “Avtolux Azerbaijan” təmsil edəcək
Fiat avtomobillərinin Azərbaycanda daha bir şirkət təmsil edəcək. “Marja” xəbər verir ki, bu, “Avtolux Azerbaijan” şirkətidir. İndiyədək “Avtouniversal” şirkəti Fiat-ın ölkəmizdə rəsmi dileridir. “Avtouniversal”ın rəsmi diler qalıb-qalmadığı hələlik açıqlanmır.
Hazırda “Ferrari”, “Lamborghini” və “Aston Martin” avtomobil brendlərini ölkəmizdə təmsil edən “Avtolux Azerbaijan” şirkəti daha 7 markanı “qanadları” altına alıb. Şirkətin yeni təmsil edəcəyi 7 markadan 5-i Azərbaycan bazarında indiyədək mövcud olmuş, 2-si isə təmsil olunmamış markalaradır. Beləliklə, “Avtolux Azerbaijan” şirkətinin ölkəmizdə təmsil edəcəyi brendlərin sayı 10 çatacaq.
İndiyədək Azərbaycan bazarında mövcud olmuş 5 markadan 4-nün adı məlumdur. Bu yaxınlarda məlum oldu ki, “Jeep”, “Dodge” və “Chrysler”in Azərbaycandakı rəsmi təmsilçisi dəyişib. 2017-ci ildən yeni “Jeep”, “Dodge”, “Chrysler” avtomobillərini Azərbaycana “Avtolux Azerbaijan” şirkəti gətirir. Qeyd edək ki, buna qədər “Jeep” “Dodge”, “Chrysler” marklarını Azərbaycanda rəsmi idxalçısı “Auto Azerbaijan” şirkəti idi.
Yuxarıda qeyd etdiyimiz ki, artıq Fiat markasını da ölkəmizdə “Avtolux Azerbaijan” şirkəti təmsil edəcək.
“Avtolux Azerbaijan” şirkəti Azərbaycanda indiyədək mövcud olmuş və bundan sonra özünün təmsil edəcəyi digər 1 markanın adını hələlik açıqlamayıb.
Şirkətin ilk dəfə Azərbaycana gətirəcəyi 2 markadan birinin “Alfa Romeo” olduğu öyrənilib. Digər markanın da adı açıqlanmır.
Qeyd edək ki, Yanvar ayının 27-dən “Avtolux Azerbaijan” şirkətinin yeni satış mərkəzi fəaliyyətə başlayacaqdır. Markaların adları həmin gün keçirilməsi nəzərdə tutulan mətbuat konfransında elan ediləcəkdir.
SATIŞLAR AŞAĞI DÜŞÜR, ŞİRKƏTLƏRİ AVTOMOBİL BİZNESİNİ TƏRK EDİRLƏR
Qeyd edək ki, şirkətlərin avtomobil dilerlərini təmsil etməkdən imtina etmələri satışların aşağı düşməsilə də əlaqələndirilə bilər.
2016-cı ildə Azərbaycana cəmi 5 746 ədəd avtomobil idxal olunmuşdur. “Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2015-ci illə müqayisədə 4,7 dəfə azdır. 2015-ci ildə Azərbaycana 26 785 ədəd avtomobil idxal olunmuşdu.
Ötən il 4 991 ədəd minik avtomobili, 96 ədəd avtobus, 571 ədəd yük avtomobili, 88 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi idxal olunub.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















