Balakən xurmasına dəyər qatacaq müəssisə işə düşdü
“Balxurma” Məhdud Məsuliyyətli Cəmiyyətinin Balakən rayonunun Katex kəndində yeni fəaliyyətə başlayan meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsi cari mövsümdən etibarən daxili və xarici bazarlara qablaşdırılmış formada yüksək keyfiyyətli məhsullar çıxaracaq.
Dekabrın 22-də cəmiyyətin yeni emal müəssisəsinin açılış mərasimi olub.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev xurmanın Balakəndə ən çox istehsal edilən və bol məhsul verən meyvəçilik sahələrindən biri olduğunu bildirib. Balakən xurmasının dadına, növlərinə, keyfiyyətinə görə digər rayonlarda yetişən xurmadan fərqləndiyini vurğulayan icra hakimiyyətinin başçısı hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsinin 843 hektar təşkil etdiyini diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci ildə rayonda 15 min tondan çox xurma istehsal olunub. Sovetlər dövründə isə bu göstərici 25 min ton təşkil edirdi.
Qeyd edilib ki, məhsulun satışında yaranan problemlər səbəbindən son illər əhalinin xurma istehsalına marağı azalmışdı. Hər il yüz tonlarla məhsul xarab olurdu. Xurmanın şöhrətini özünə qaytarmaq, məhsul istehsalını daha da stimullaşdırmaq və sahibkarların bu sahəyə diqqətini artırmaq məqsədilə 2017-ci il noyabrın əvvəlində Balakəndə keçirilən “Xurma festivalı”ndan sonra əhalinin xurma ağaclarının əkininə marağı xeyli artıb.
Sonra tədbir iştirakçıları müəssisənin emal prosesi ilə yaxından tanış olublar. Bildirilib ki, emal müəssisəsi müasir standartlara cavab verən avtomatlaşdırılmış texniki avadanlıqla təchiz olunub. Müəssisədə emal olunan xurma və digər meyvələr Balakən rayonunun sakinlərinin şəxsi bağlarından yığılan tam gigiyenik və ekoloji cəhətdən təmiz məhsullardır. Burada istehsal olunan məhsullar daxili bazarla yanaşı, MDB, həmçinin bir-sıra Avropa və ərəb ölkələrinə ixrac ediləcək. Bununla da təsərrüfat sahibləri öz məhsullarını yerli bazarlarda satmaqla yanaşı, xarici bazarlara da çıxarmaq imkanı qazanacaqlar.
Hazırda müəssisədə 70 nəfər rayon sakini işlə təmin olunub. Gələcəkdə işçilərin sayının 150 nəfərə çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, cari ilin sentyabrında Moskva şəhərində keçirilən "WorldFood Moscow" Beynəlxalq Ərzaq Sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində öz təbii və keyfiyyətli məhsulları ilə ziyarətçilərin və sərgi təşkilatçılarının diqqətini cəlb edən "Balxurma" 2017-ci ilin məhsulu nominasiyası üzrə qızıl medala layiq görülüb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
4 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
5 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
5 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 7 saat əvvəl
-
9 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq






















