Sağlam gələcəyimizin təməli...
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Elan Expo ve Atılım Fuarcılık birgə təşkilatçılığı ilə 28-30 Noyabr tarixlərində Bakı Expo Mərkəzində RecExpo, Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi həyata keçirildi.
Melissa Park, Melissa Residence və Melissa Azadlıq layihələrinin tikintisini həyata keçirən, Azərbaycanın ən böyük tikinti şirkətlərindən biri olan Melissa Group-un da iştirak etdiyi sərgidə Azərbaycan, Türkiyə, B.Ə.Ə. Qatar, Rusiya, Ukraina, Almaniya, İspaniya, Portuqaliya, Gürcüstan, Macarıstan, Fransa və bir çox ölkədən lüks və nüfuzlu layihələr də sərgilənib.
Sərgi zamanı ən böyük marağa səbəb olan Melissa Group stendi olub. “Sağlam gələcəyimizin təməli ağaclarla bütünləşən yaşıl təbiətdən asılıdır” – sloqanı ilə yaşıllıqların qorunmasına dair sosial mesaj verən Melissa Group, eyni zamanda şirkətin korporativ dəyərlərinin təzahürünü yaşıllıqlarla əhatə olunmuş stendində nümayiş etdirib.
Stendin konsepsiyası hətta ən kiçik məkanlarda belə yaşamı yaşıllıqlarla bütünləşdirməyin mümkünlüyünə vurğulanıb. Belə ki, stendin bir tərəfi mənzilin bir hissəsini, digər və ən önəmli hissəsi yaşıl parkı, son hissəsi isə məlumat mərkəzini özündə əks etdirir.
Qeyd edək ki, Melissa Group-un ən böyük layihəsi olan “Melisa Park” yaşayış kompleksinin 7 hektarlıq ərazisinin 70%-i yaşıllıq üçün nəzərdə tutulub. Digər premium layihə olan “Melissa Residence” yaşayış kompleksinin isə avtomobilsiz, yaşıl park ərazisi 1.5 hektar sahəni əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
31 d. əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 38 d. əvvəl
-
2 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
19 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 20 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















