Əlilliyi olan şəxslər üçün 488 min manatlıq layihə başladı
BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – “AzACG-SOCAR”, “AzSD-SOCAR”, “AzSCP-SOCAR”, “TPAO”, “PETRONAS”, “AzBTC-SOCAR”, “Chevron”, “Lukoil”, “NİCO”, “Statoil”, “Inpex”, “ExxonMobil”, “SGC Upstream”, “SGC Midstream”, “Itochu”, “ONGC”, “TOTAL”, “ENI” – bu gün Azərbaycanda əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılmasına kömək edən yeni sosial investisiya layihəsinin başlanmasını elan edib.
Layihə təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə bir qrup əlliyi olan şəxsin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur.
Layihənin əhatə etdiyi 100 nəfər iştirakçı ümumi təhsil almış, həmçinin universitet və peşə məktəblərini yeni bitirmiş şəxslərdir. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə tərəfdaşlıq qurulmasını da nəzərdə tutur.
Bundan əlavə, bir qrup biznes təşkilatı artıq 100 nəfər layihə iştirakçısına təcrübə və məşğulluq imkanları təmin etmək öhdəliyi götürüb və layihə bu fəaliyyətin idarə olunması üçün həmin təşkilatlardan ibarət rəhbər komitənin yaradılmasını planlaşdırır.
Layihəyə digər iş bilgiləri ilə yanaşı ingilis dili, kompüter və ünsiyyət bacarıqlarının öyrədilməsi də daxildir. İştirakçılar öz karyera istəklərinə uyğun olaraq ya vebsayt proqramlaşdırma/dizayn, ya da tətbiqi proqramların/proqram təminatının hazırlanması üzrə təlimlər üçün qruplaşdırılacaqlar.
Proqram çərçivəsində həmçinin motivasiya yaratmaq məqsədilə üç forum və əlilliyi olan tanınmış şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Həmin şəxslər öz uğurlu karyeralarını necə qurduqlarına dair təcrübələrini bölüşəcəklər.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Biz layihəni elə tərtib etmişik ki, orada iştirakçılar özlərini gələcək məşğulluğa həm iş bilgisi, həm də psixoloji və sosial baxımdan hazırlaya biləcəklər. Bunlar istənilən təlim, yaxud təhsil proqramının mühüm elementləridir, lakin əgər proqramlar əlilliyi olan şəxslər üçün nəzərdə tutulubsa, onda həmin elementlərə daha ciddi diqqət ayırmaq tələb olunur. Məmnunuq ki, layihənin iştirakçısı olan insanların özlərinə əmin olmaları və cəmiyyətə inteqrasiya olunmuş hiss etmələri üçün zəruri olan bilik və bacarıqları əldə etmək üçün imkan yarada biləcəyik.”
Layihəyə cəlb ediləcək təlimçilər “Xüsusi Təhsil Ehtiyacları üzrə Müəllimlərin Yetişdirilməsi” təlimində iştirak edəcəklər. Bu proqram xüsusi, yaxud əlavə qayğıya ehtiyacı olan şəxslərə dəstək verilməsi, cəmiyyətə inteqrasiya və müxtəliflik tələb olunan hər hansı təhsil mühitində müəllimlərə kömək üçün nəzərdə tutulub. Layihə “British Council” təşkilatı tərəfindən yerinə yetiriləcək.
Layihənin ümumi dəyəri 488000 AZN-dən artıqdır. Layihə təxminən bir il olmaqla 2018-ci ilin sonunda başa çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















