İbrahim Alışov və Urxan Ələkbərov sənədə imza atdılar
“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin vacib bölmələrindən biri olan ölkədə maliyyə sahəsində bilik və bacarıqların artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2017-ci il dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) arasında Anlaşma Memorandumu imzalanıb.
Palatadan "Marja"ya daxil olmuş məlumata görə, sənədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov imza atıblar.
Memorandumun əsas prinsipi və mahiyyəti səmərəli əməkdaşlıq nəticəsində təhsil, elm, təlim-tədris və bu istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə müxtəlif sahələrdə müştərək proqramların hazırlanması və müvafiq layihələrin həyata keçirilməsi, habelə maliyyə və texniki dəstək göstərərək onların icra olunması istiqamətində müvafiq vəzifələrin həyata keçirilməsindən ibarətdir.
İmzalanma mərasimində çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik U.Ələkbərov ölkəmizdə unikal idarəçilik texnologiyalarının tətbiqi, çevik dövlət idarəetmə sisteminin formalaşması, elmə əsaslanan innovativ inkişaf strategiyasının reallaşdırılması, dövlət quruculuğu və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərini qeyd edib. Rektor vurğulayıb ki, ölkənin qısa müddətdə iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib.
Qeyd edilib ki, son 10 ildə ölkəmizdə davamlı inkişaf üçün iqtisadi və elmi-texniki baza yaradılıb. Eyni zamanda, beynəlxalq təşkilatların rəsmi məlumatlarına əsasən, Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəriciləri və sosial indikatorlara görə, dünya liderləri olan “Böyük İyirmilik” və “Böyük Yeddilik” ölkələrinin əksəriyyətini üstələyir. Akademik U.Ələkbərov bu uğurların kökündə yalnız mükəmməl idarəçilik və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun birgə fəaliyyətinin dayandığını bildirib.
Hazırda milli iqtisadiyyatın şaxələndirilməsi, Strateji Yol Xəritəsindən irəli gələn vəzifələrin icrasının təmin edilməsi dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığı səviyyəsindən birbaşa asılıdır. Rektor iki qurum arasında imzalanan Memorandumun bu məqsədə xidmət etdiyinə diqqət çəkib.
Akademiyanın çoxsaylı tələbə və müəllim heyəti qarşısında çıxış edən Palatanın Baş icraçı direktoru İ. Alışov bildirib ki, ölkədə idarəçilik sahəsində peşəkar kadrların yetişdirilməsinə xüsusi diqqət ayıran qabaqcıl aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi olan Dövlət İdarəçilik Akademiyası ilə birgə əməkdaşlıq Strateji Yol Xəritəsinin icrası istiqamətində atılan önəmli addımlardan biri kimi səciyyələndirilməlidir.
İ. Alışov qeyd edib ki, Akademiya ilə birlikdə 500-dən çox tələbə, müdavim və dövlət qulluqçularının maliyyə biliklərinin artırılmasında iştirak, birgə layihələrin, elmi-praktik konfransların, seminarların, simpoziumların təşkil edilməsi, Akademiyada təhsil alan tələbələrin Palatada istehsalat təcrübələrinin keçmələrinə şərait yaratmaq, Palatanın əməkdaşları üçün uzunmüddətli və qısamüddətli kursların təşkili və digər innovativ tədbirlər növbəti 5 il üçün nəzərdə tutulmuş fəaliyyət planına daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
36 san. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
-
26 d. əvvəl
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
- 53 d. əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
Ən çox oxunanlar
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı


















