Unibankın mobil əlavəsi daha interaktiv və dinamik oldu
Nüfuzlu “Markswebb” agentliyi tərəfindən Azərbaycanın ən yaxşı mobil bank xidməti seçilən Unibank Mobile indi daha dinamik və interaktiv olub.
Təkmilləşmələrdən sonra mobil əlavədən istifadə bir qədər də rahat və dolğun informasiyalıdır. Son yeniliklər zamanı əsas səhifənin dizaynı yenilənib və yeni funksiyalar əlavə edilib.
İndi smartfonunda Unibank Mobile əlavəsini yeniləyən hər kəs aşağıdakı yenilikləri görəcək:
-Bank kartlarının rəngli dizaynda daha ətraflı məlumatı;
-Bütün kartların ümumi balansı və kreditlər üzrə ümumi borc;
-Əsas səhifədə Ümumi bonusların cəmi və bonusları hədiyyə kuponlarına dəyişmə imkanı;
-Əsas səhifənin aşağı hissəsində rahat menyu;
-Ödənişlər üçün ekspress panel – swipe menyu.Bu menyuda həm ödənişlər,həm də köçürmələr üzrə mütəmadi edilən əməliyyatlar əks olunacaq;
-Mütəmadi ödənişlər və köçürmələr - tez-tez edilən əməliyyatların təkrar etmə imkanı;
-Xəbərlər bölməsi: burada yeniliklər və aksiyalar olacaq,hər yeni xəbər“Xəbərlər” bölməsində rəqəmlərlə qeyd olunur.
Kommunal, hökumət ödənişləri, kreditlər və digər ödənişləri edərkən bonuslar qazanmaq istəyirsinizsə, ödənişlərinizi Unibank Mobile-la edin. Qazandığınız bonusları hədiyyələrə və digər ödənişlərə yönləndirə bilərsiniz.
Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindənhttp://onelink.to/ffdbwf yükləyə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
3 d. əvvəl
"Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik"
-
18 d. əvvəl
World Class Azerbaijan-da təhlükəsizlik və sağlamlıq yanaşması: preventiv və sistemli model
-
29 d. əvvəl
Aqrar Sığorta Fondu şaxtavurmaya görə 915 min manat zərər ödənişləri edib
-
1 saat əvvəl
Ziya Bünyadov prospektində boya mağazasında yanğın məhdudlaşdırılıb, qərargah yaradılıb
-
1 saat əvvəl
“Azərsun Holdinq”dən “Qarabağnamə” – 2026-cı ilin xüsusi təqvim dəsti
-
1 saat əvvəl
PR mütəxəssislər ilə redaksiyalar və jurnalistlər arasında nə vaxt gərginlik yaranır? - MÜSAHİBƏ
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarın 22-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PR mütəxəssislər ilə redaksiyalar və jurnalistlər arasında nə vaxt gərginlik yaranır? - MÜSAHİBƏ
Ən çox oxunanlar
Bakıda daha bir KFC restoranı açılacaq
Yanvarın 22-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
Donald Tramp Azərbaycan Prezidentinə məktub göndərib
“Dell Technologies” Azərbaycanda superkompüter mərkəzi yaradacaq
Dövlət Neft Fondu və “Brookfield Asset Management” niyyət protokolu imzaladı - 1,4 milyard kapital qoyuluşu
Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI























