Azərbaycan Çində Şərab Evi açır
Azərbaycan Çinin Şanxay şəhərində olan növbəti ixrac missiyası bu ölkənin ilk və ən böyük ticarət zonası - "Shanghai Waigaoqiao Free Trade Zone"da yerləşən Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (ITOC) olub və burada görüş keçirib.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumatda deyilir ki, mərkəzin giriş qapısındakı elektron tabloda "Şanxay Azərbaycan şərablarını salamlayır" sözləri qeyd edilib. Bu obyekt mərkəz azad ticarət zonasında yerləşən 300 min kvadrat metr sahədə olan anbarları icarəyə verərək, 10 mindən çox şirkətə yüksək səviyyədə logistika və satış xidmətləri göstərir. Mərkəzin idxal-ixrac həcmi 10 mlrd.larla ABŞ dolları məbləğində qiymətləndirilir.
Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin birgə təşkil etdiyi görüşdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Azərbaycanın biznes mühiti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulları, ixrac missiyasında təmsil olunan şirkətin təmsilçisi Elmar Saidov isə Azərbaycan şərabları barədə məlumat veriblər.
ITOC-un baş direktoru He Guoguang isə mərkəzin fəaliyyəti, Şanxay Pudonq Spirtli İçkilər Assosiasiyasının rəhbəri Baohua Huang isə 117 idxalçı şirkətin üzv olduğu Assosiasiyanın fəaliyyətinə dair məlumat verib. O, bildirib ki, Azərbaycan şərablarının idxalı Assosiasiyaya üzv şirkətlərin diqqətinə çatdırılacaq və bu sahədə əməkdaşlıq həyata keçiriləcək.
Görüş çərçivəsində AZPROMO və ITOC arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Memoranduma əsasən, AZPROMO İTOC-dan anbar və yerli məhsullarımızın nümayiş olunması üçün müvafiq yer icarəyə götürəcək. “Azərbaycan Şərab Evi” adlanacaq həmin sahə və burada Azərbaycan iş adamları üçün yaradılacaq əlverişli şərait sahibkarlarımıza yerli məhsulları yüksək səviyyədə təqdim etməyə imkan verəcək.
AZƏRBAYCAN MƏHSULLARI "DİG" MARKETLƏRDƏ SATILACAQ
ITOC həmçinin, "Direct İmported Goods" ("DİG") adlı marketlər şəbəkəsinə sahibdir. Bu marketlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada yalnız idxal olunmuş xarici məhsullar yüksək qiymətə satılır. Növbəti mərhələdə Azərbaycan məhsullarının "DİG" marketlər şəbəkəsində satılması da nəzərdə tutulur.
Görüş zamanı ITOC nümayəndələri Azərbaycan iş adamlarına öz məhsullarını azad ticarət zonasına gələn qonaqlara nümayiş etdirmək üçün lazımi şərait yaradıb. Azərbaycan məhsulları ITOC ziyarətçıləri tərəfindən maraqla qarşılanıb. Bu marağı və diqqəti nəzərə alan ITOC Azərbaycan məhsullarının bir hissəsini satın alıb.
Görüş çərçivəsində həmçinin, Azərbaycanın şərab istehsalçıları və ixracatçıları bir sıra ikitərəfli görüşlər keçirib, ITOC-un anbarlarında və "DİG" marketlər şəbəkəsi, həmçinin 16 ölkənin birgə yaratdığı pavilyonla tanış olub, Azərbaycan Şərab Evi konsepsiyasına dair fikir mübadiləsi aparıblar.
Azərbaycan ixrac missiyasının Şanxaya səfəri Çin mediası tərəfindən geniş işıqlandırılıb, AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev və Azərbaycanın Çindəki Ticarət Nümayəndəsi Teymur Nadiroğlu yerli kanallara müsahibələr veriblər.
Bu gün isə Azərbaycanın ixrac missiyası "ProWeine China 2017" Sərgisini ziyarət edəcək, yerli istehsalçılar və sərgidə iştirak edən digər xarici ölkələrin nümayəndələri ilə görüşlər keçirəcək, Şanxayın bir sıra marketlərində olacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
34 d. əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
2 saat əvvəl
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
-
2 saat əvvəl
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
-
2 saat əvvəl
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
-
3 saat əvvəl
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
-
3 saat əvvəl
Avropa Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
Ən çox oxunanlar
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
Azvak.az-da yeni iş elanları
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi!
“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb
Rusiya yanacaq idxalına başlaya bilər
Yapon yeni 1986-cı ildən bəri ən aşağı səviyyəyə düşüb























