Azər Türk Bank gənclər üçün növbəti təlimlərə başlayır
Noyabrın 14-də Dövlət bankı Azər Türk Bank və ASAN School-ın birgə təşkilatçılığı ilə ASAN könüllüləri üçün bankçılıq sahəsi üzrə növbəti təlimlərə start verilir.
Bir ay ərzində həftədə iki dəfə keçiriləcək butəlimlər "ASAN School" könüllülük proqramının biznes menecment istiqaməti üzrə reallaşdırılan “Master2” pilləsidir.
Təlimlərin keçirilməsində məqsəd iqtisadiyyat və maliyyə üzrə təhsil almış gənclərin bank sektoru ilə bağlı bilik və bacarıqlarının artırılmasına, onların fərdi və peşəkar inkişafına dəstək olmaqdır. Təlimləri uğurlu nəticələrlə başa vurmuş gənclərə sertifikatlar təqdim ediləcək və ən aktiv iştirakçılar, ənənəvi olaraq, AzərTürk Bankın təcrübə proqramına cəlb ediləcəklər.
Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində rolu olan Azər Türk Bankınbu layihədə iştirakında niyyəti gənclərin maliyyə-kredit sahəsində püxtələşməsi, bu istiqamətdə praktiki bacarıqlara yiyələnməkdə onlara yaxından kömək etməkdir.
Qeyd edək ki, bu ilin may ayında Qəbələ şəhərində baş tutan uğurlu təlimlərdən sonra Azər Türk Bankın “Qəbələ” şöbəsində təcrübə keçmək hüququ qazanmış gənclərdən biri həmin şöbədə işlə təmin edilmişdir.
22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatıwww.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















