Gəmi Təmiri və Tikintisi Zavodu inşa edilib
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu təkmilləşir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən bildirilib ki, sənaye müəssisələrinin paytaxtın mərkəzindən köçürülməsi ilə bağlı Dövlət Proqramına uyğun olaraq Bulvar ərazisində yerləşən “Paris Kommunası” və “Zaqfederasiya” kimi tanınan gəmi təmiri zavodları sökülüb, Zığ şosesi yaxınlığında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturu olan “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu inşa edilib. Zavodun təkmilləşdirilməsi işi bu gün də sürətlə davam edir. Belə ki, burada yeni sahə və sexlər tikilib. Zavodda beynəlxalq standartlara cavab verən müasir avadanlıqlar quraşdırılıb, eyni zamanda müəssisədə çalışanların iş şəraiti yaxşılaşdırılıb.
Zavod ərazisində sahəsi 3978 kvadratmetr olan yeni gövdə-qaynaq və mexaniki sexlər tikilib. Burada yeni 2 ədəd 10 tonluq, 2 ədəd 20 tonluq körpülü kranlar, 2 ədəd elektrik mühərrikli araba, torna karusel, mərkəzi emal və isgənə dəzgahları quraşdırılıb. Eyni zamanda, həmin sexdə ikimərtəbəli inzibati məişət bloku yaradılıb.
Zavoddakı yeniliklərin siyahısı bununla bitmir. Müəssisənin əvvəllər tullantıların toplandığı ərazisində uzunluqları müvafiq olaraq 400, 120, 130, 63 metr olan 1, 2, 3 və 4 saylı dənizkənarı yanalma körpüləri, üzərində kranaltı yollar tikilib. Portal və stasionar kranlar və 2 ədəd şpil quraşdırılıb. Yeni tikilən obyektlərin ətrafı abadlaşdırılıb.
Sahəsi 1971 kvadratmetr olan təmir sexi və kompressor binası da təzə inşa olunub. 1 ədəd 10 tonluq körpülü kran, 3 ədəd hava kompressoru yeni alınaraq quraşdırılıb. Qeyd edək ki, kompressorlar yeni inşa olunmuş sahələri, yanalma körpülərini və “Neptun” üzən tərsanəni sıxılmış hava ilə təminedəcək gücə malikdir. Həmçinin yeni qazanxana binası müəssisənin istilik təchizatını və isti su tələbatını ödəyə bilən 2 ədəd istilik qazanı ilə təmin edilib.
Zavodun ərazisindəki yarımstansiya binası da yeni tikililərdəndir. Burada təzə 2 ədəd 1000 kilovolt-amper gücünə malik transformator, yüksək və aşağı gərginlikli açarlar və 1000 kilovolt-amper dizel generator quraşdırılıb.
Yeni tikilən obyektlərin hamısı beynəlxalq ekologiya tələblərinə və təhlükəsizlik normalarına cavab verir. Burada personalın təhlükəsiz işi üçün lazımi şərait yaradılıb. Ərazidə sahil işıqlandırma, yanğından mühafizə sistemləri, təhlükəsizlik kameraları quraşdırılıb. Zavodda işçilərin sağlamlığını təmin etmək üçün əməyin mühafizəsi qaydalarını əks etdirən lövhələr yerləşdirilib.
Qeyd edək ki, bölmə və sahələrdə quraşdırılan yeni avadanlıqlar Türkiyə, Rusiya, Belarus və İsveçin tanınmış brendlərinə məxsusdur.
Zavod ərazisində, həmçinin müasir standartlara cavab verən yeni yeməkxana, məişət binaları, işçilərin asudə vaxtlarının səmərəli təşkili üçün idman meydançası da tikilib.
Bütün bu yeniliklər isə zavodun ümumi fəaliyyətini daha effektiv etməyə, gəmilərin təmir prosesini sürətləndirməyə və keyfiyyətin artırılmasına xidmət göstərir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu
-
10 saat əvvəl
4-cü avtomobil təqdim edildi, növbəti sən ola bilərsən - Həyəcan davam edir!
-
10 saat əvvəl
Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO
- 10 saat əvvəl
-
10 saat əvvəl
53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
-
10 saat əvvəl
9 ayda Azərbaycan Rusiyaya 879 milyon dollarlıq qeyri-neft malları ixrac edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
"PAŞA Həyat"da yeni təyinat
“Monetri” BOKT və və onun vəzifəli şəxsi cərimələnib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Ən çox oxunanlar
Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib
Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
Avrozonada inflyasiya hədəfə yaxınlaşıb















.jpg)







