SOCAR foruma maliyyə dəstəyi verə bilmədi
Dekabrın 8-də keçirilməsi planlaşdırılan Birinci Beynəlxalq Caspian American Forum Baku-nun vaxtı dəyişdirilərək 2018-ci il iyunun 4-nə keçirilib.
Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və icraçı direktoru Telman Əliyev məlumat verib.
Forumun vaxtının dəyişdirilməsinin əsas səbəbi SOCAR-ın 2017-ci ilin dekabrında Birinci Beynəlxalq Caspian American Forum Baku-ya lazımi təşkilati və maliyyə dəstəyi verməməsidir.
Bu barədə Klubun rəsmi müraciətində SOCAR prezidentinin müşaviri Murad Heydərov bildirib. Cənab Heydərov həmçinin söyləyib ki, dekabr ayında keçiriləcəyi halda SOCAR rəhbərlərindən heç biri fəxri qonaq və spiker qismində forumda iştirak edə bilməyəcək.
“Buna baxmayaraq, Caspian American Forum Baku-nu ən yüksək səviyyədə təşkil etmək məqsədilə lazımi sayda sponsor və partnyor cəlb etmək üçün əlimizdən gələni edəcəyik. Caspian American Forum Baku Şimali və Cənubi Amerikadan Xəzər-Qara dəniz və Baltik regionlara daha çox şirkətlərin cəlb olunmasına yardım edəcək”, - deyə Telman Əliyev deyib.
“Məsələyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club və Caspian American Club-un Sədri Zati-aliləri cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı ifadə edirik”, - deyə Telman Əliyev söyləyib.
“Biz həmçinin Caspian American Forum Baku-ya göstərilən rəsmi dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə, eləcə də ABŞ-ın Azərbaycandakı Səfirliyinə təşəkkür edirik”, - deyə o qeyd edib.
Telman Əliyev xatırladıb ki, Caspian American Forum Baku – da Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dəniz, Aralıq dənizi və Baltik regionu dövlətlərini təmsil edən şirkətlərin 500-dən artıq nümayəndəsinin iştirakı gözlənilir. Bu forum Xəzər-Qara dəniz regionu, Şimali və Cənubi Amerika dövlətlərinin şirkət və bazarlarının biznes-dialoqunun, ticari əlaqələrinin, əməkdaşlığın yeni istiqamətlərinin stimullaşması üçün informasiya meydanıdır.
Forum enerji və neft-qaz layihələrinin müzakirəsinə, həmçinin alternativ energetikanın inkişafına həsr olunacaq. Tədbirdə eyni zamanda qeyri-neft, xüsusilə də maliyyə, nəqliyyat, aqrosənaye, turizm, inşaat, səhiyyə, təhsil və İKT sektorunun bugünkü aktual layihələrinə toxunulacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
6 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib






















