Dərman idxalçılarını məyus edəcək xəbər - 101 dəfə artacaq
Azərbaycan hökuməti 2019-cu ildən etibarən dərman preparatlarının istehsal həcmində kəskin artım proqnozlaşdırır.
Hökumətin proqnozlarına əsasən, 2017-ci ildə əczaçılıq məhsullarının istehsalı 475,6 min manat səviyyəsində gözlənilir. 2016-cı illə müqayisədə istehsal həcmi 197,5 min manat artacaq.
2018-ci ildə əczaçılıq məhsullarının istehsalı 95,2 min manat - 570,8 min manatadək artacaq.
2019-cu ildə hökumət əczaçılıq məhsullarının istehsalında kəskin artım proqnozlaşdırır. 2019-cu ildə 48,7 mln. manat səviyyəsində istehsal gözlənilir, bu da 2017-ci ilin göztəricisindən 101 dəfə çoxdur. 2020-2021-ci illərdə Azərbaycanda müvafiq olaraq 80,8 mln. manat və 80,9 mln. manat həcmində dərman istehsalı planlaşdırılır.
Qeyd edək ki, 2019-2021-ci illərdə dətman preparatlarının kəskin artımı Azərbaycanda üç əczaçılıq müəssisəsinin istifadə veriləcəyi ilə izah edilir.
2016-cı ilin noyabr ayında Pirallahı Sənaye Parkında "Hayat pharm"Azərbaycan-Rusiya birgə müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Zavodun illik istehsal gücü 22,5 mln. qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. İlkin mərhələdə zavodda 89 çeşiddə dərman istehsal olunacaq. Layihənin iştirakçıları Azərbaycan İnvestisiya Şirkəti, “Vita-A” MMC və Rusiya Federasiyasının “R-Pharm” şirkətidir. Zavodun investisiya dəyəri 74 mln. dollar təşkil edir.
2017-ci ilin yanvar ayında Pirallahı Sənaye Parkında yeni "Caspian Pharmed" əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib. Layihədə İranın “TPİCO” şirkəti 49%, “Azərsun Holdinq” 26%, "Azərbaycan İnvestisiya Şirkəti" ASC 25% iştirak payına malikdir.
Birinci mərhələdə həb və kapsul, ikinci mərhələdə ampul və flakon, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı planlaşdırılır.
Birinci mərhələdə zavodda ildə 200 mln.-dan çox həb və kapsul, ikinci mərhələdə 54 təsiredici maddə, üçüncü mərhələdə 84 adda dərman preparatı istehsal olunacaq.
Bundan əlavə, cari ilin noyabr ayında Azərbaycan İnvestisiya Şirkəti ASC və Ukraynanın “İndar” şirkəti araslnda zavod istehsalına dair qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Zavod Pirallahı Sənaye Parkı ərazisində inşa ediləcək. Zavodun tikintisinə sərmayələr 17 mln. dollar həcmində qiymətləndirilir.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 19 d. əvvəl
- 29 d. əvvəl
-
45 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
























