“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Avropada iqtisadi inkişafın zəif olaraq qalması və iqtisadi islahatların ləng getməsi avronun qiymətini təzyiq altında saxlayır. Təhlillərə əsasən, avro/dollar valyuta cütlüyünün qiyməti 1.1620$-ın altında qaldıqca, ucuzlaşmas 1.1470$-a kimi də davam edə bilər.
Bununla yanaşı, bu həftənin bazar ertəsi və çərşənbə axşamı Avropanın iqtisadiyyat və maliyyə nazirlərinin (Avroqrup) toplantısı baş tutacaqdır. Avropa Mərkəzi Bankının sədri Mario Draqinin çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da çıxışı da investorların diqqət mərkəzindədir.
GBP
Dünya valyuta birjalarında İngiltərənin Avropa Birliyindən ayrılması (“BREXIT”) danışıqlarında irəliləyişin olmaması, İngiltərə iqtisadiyyatında və funtun gələcək qiyməti fonunda narahatlıqları da artırır.
Beləliklə, 1.31$-ın altında ticarət edilən GBP/USD məzənnəsi, 1.30$-a kimi ucuzlaşarsa, eniş dalğası 1.28$-a kimi də sürətlənə bilər. Cümə günü saat 13:30-da sənaye sektoru ilə bağlı açıqlanacaq statistik göstəricilərin də məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.
TRY
Türkiyə maliyyə bazarlarında dolların bahalaşması 3.89TL-ə kimi çatıb və bu 3.94TL-ə kimi də ucuzlaşa bilər.
Sonuncu dəfə Türkiyədə inflyasiyasının son 9 ayın maksimum səviyyəsinə çatması xəbərlərində sonra, bu həftənin çərşənbə günü saat 11:00-da açıqlanacaq Türkiyənin sənaye istehsalı ilə bağlı önəmli fundamental məlumatlar da investorlar tərəfindən böyük maraqla gözlənilir.
OIL
Enerji bazarlarında də Avropanın Brent markalı neftinin bir barel qiyməti bahalaşmaqda davam edir. Artıq 62.26$-a kimi dəyər qazanan Brent neftinin 63.56$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır.
GOLD
Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1270$-ın (40.7 $/qram) altında ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymət 1260$-a (40.4 $/qram) kimi ucuzlaşarsa, eniş dalğası 1252$-a (40.2 $/qram) kimi də sürətlənə bilər. Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında Amerika Mərkəzi Bankının (FED) faiz artımına gedəcəyi gözləntilərinin yüksək olması, qızılın ucuzlaşmasına təsir edir.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 3 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
-
1 saat əvvəl
Bu müəssisələrin dividend ödənişinin vergiyə cəlb edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
Müflis bankların aktivlərinin satışını daha 5 il ƏDV-dən azad edə bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Siqaret və siqarların aksiz dərəcələrinin artırılması nəzərdə tutulur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri
Xalq Bank Azərbaycan Boks Federasiyasına üzv oldu
Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
Vətəndaşlar bərbərxana, gözəllik və kosmetoloji xidmətlərə görə ödədikləri ƏDV-nin bir hissəsini geri ala biləcəklər
Ən çox oxunanlar
Spirtli içkilərin aksiz dərəcələri cüzi artırıla bilər
Enerji içkilərinin aksiz dərəcələrinin artırılması nəzərdə tutulur
Azərbaycandan keçməklə Ermənistana daha 132 vaqon buğda göndəriləcək















.jpg)






