70 ilin ən varlı FED sədri olacaq
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trump, Fed sədri üçün Cerom Pauellı (Jerome Powell) namizəd göstərib.
"Marja" xəbər verir ki, namizədliyinin ABŞ Senatında təsdiq olunması halında 2018-ci ilin Fevral ayında Fed-in "sükanı" arxasına keçəcək Pauell, 1940-cı ildən bu yana ən varlı Fed sədri olacaq. Pauellin sərvətinin, maliyyə sektorundakı "uğurlu" karyerası sayəsində təxminən 55 milyon dollara çatdığı güman edilir.
Siyasət və hüquq sahələrində təhsil alan Pauell, Fed-in təxminən 40 ildir ki, "iqtisadiyyat təhsili olmayan" sədri olacaq. Banka 1978-ci ildən sonra sədr olan Paul Volcker, Alan Greenspan, Ben Bernanke və Janet Yellenin iqtisadiyyat sahəsində doktorluq dərəcələri var.
İLLİK 1 DOLLAR MAAŞ ALIB
Prinston Universitetində siyasət və Corctaun Universitetində hüquq təhsili alan Pauell, peşəkar karyerasına hüquq sahəsində başlamasına baxmayaraq bir neçə il sonra maliyyə sektoruna transfer olub. 1984-1990-da Nyu-Yorkda "Dillon Read and Co" investisiya bankında çalışan Pauell, Corc Buş dövründə ABŞ Xəzinə Nazirliyində çalışıb. Təxminən 3 il davam edən karyerasının ardından yenidən maliyyə sektoruna dönən Pauell,"Carlyle Group", "Severn Capital Partners" ve "Global Environment Fund" kimi investisiya şirkətlərində uğurlu işlərə imza atıb. Pauell, 2010-cu ildə maliyyə sektorundakı yüksək qazanclı işlərindən, ildə yalnız 1 dollar maaş qarşılığında "Bipartisan Policy Center" qeyri-hökumət təşkilatına qatılmaq üçün imtina edib.
BAZARLAR PAUELLƏ TEZ İSİNDİ
Keçmiş Fed Sədri Ben Bernankenin "mülayim" və "yolagələn" olmasına bənzədilən Pauell 2012-ci ildən bu yana verilən bütün faiz qərarlarına müxalif olmayıb. Bu səbəbdən onun Fed-i hazırkı yolundan döndərməyəcəyi gözlənilir. Analitiklər bankın siyasətlərində dəyişikliyə getməməsinin bazarlar üçün müsbət olacağını bildirirlər.
SENATIN RAZILIĞI
Trump-ın Fed Sədri namizədini Senatın təsdiq edib-etməyəcəyi maraqla gözlənilir. Trump-ın mövcud Fed sədri Janet Yellenı yenidən namizəd göstərməməsindən razı olmayan Demokratların, Pauellə dəstək verib-verməyəcəkləri məsələsində bəzi şübhələr var. Pauellin Fed Sədri namizədliyinə 5 il əvvəl qarşı çıxan ifrat mühafizəkar Respublikaçıların, yenidən qarşı çıxıb çıxmayacaqaları da bilinmir. Bunlarla bərabər Pauellin Respublikaçı olmasının və Obama tərəfindən təyin olunmasının, Fed Sədrliyinin təsdiq olunması üçün lazım olan 51 səsi alacağına kömək edəcəyi ehtimal edilir. Razılıq prosesinin təxminən 2 ay davam etməsi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 31 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
3 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
4 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Ən çox oxunanlar
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı

























