12 min kreditdən yalnız 7 kredit gecikmədədir - “ExpressBank” vəziyyətini açıqladı
“ExpressBank” ASC 2017-ci ilin 9 ayını 828 min manat xalis mənfəətlə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə “ExpressBank”ın cəmi gəlirləri 29 milyon 522 min manat, o cümlədən faiz gəlirləri 19 milyon 337 min manat, qeyri-faiz gəlirləri (əməliyyat gəlirləri) isə 10 milyon 154 min manat, məzənnə fərqindən gəlir 31 min manat təşkil edib.
Eyni dövrdə Bankın cəmi xərcləri 28 milyon 694 min manat təşkil etmiş və nəticədə Bank 828 min manat xalis mənfəət əldə edib. Bank 2016-cı ili 439 min manat xalis mənfəətlə bağlamışdı.
2016-cı ilin 9 ayı ərzində “ExpressBank”ın cəmi gəlirləri 36 milyon 397 min manat (29 milyon 253 min manat faiz, 7 milyon 144 min manat qeyri-faiz), cəmi xərcləri 39 milyon 482 min manat təşkil etmiş və 3 milyon 441 min manat zərər açıqlamışdı. Bankın faiz gəlirləri azalsa da, qeyri-faiz gəlirlərinin 42% artması diqqəti cəlb edir.
AKTİVLƏRİ ARTIB
30 Sentyabr 2017-ci il tarixində “ExpressBank”ın cəmi aktivlər 295 milyon 369 min manat, cəmi öhdəlikləri 152 milyon 703 min manat, cəmi balans kapitalı 142 milyon 666 min manat təşkil edib.
Ötən ilin sonunda “ExpressBank” 287 milyon 87 min manat cəmi aktivlərə, 148 milyon 551 min manat cəmi öhdəliklərə və 138 milyon 537 min manat cəmi balnsa kapitalına malik idi.
Ötən ilin sonu ilə müqayisədə müştərilərə verilən kreditlər 214 milyon 595 min manatdan 165 milyon 744 min manata düşüb, müştərilərin depozitləri isə 79 milyon 505 min manatdan 129 milyon 326 min manata qalxıb.
Bankın 129 milyon 326 min manatlıq depozit portfelinin 61 milyon 745 min manatını və ya 48%-ni əhalinin əmanətləri təşkil edib. Hesabat dövrünə əhalinin əmanətləri 22,5 milyon manat məbləğində artmışdır.
“ExpressBank”ın müştərilərə verdiyi 165 milyon 744 min manat kreditin 5 milyon 765 min manatının və ya 3,5%-nin ödəmə vaxı keçib. Portfelin problemli hissəsi 3,7%-dən 3,5%-ə enmişdir.
“2016-ci ildən verilən 12 min kreditdən yalnız 7 kredit 90 gündən çox gecikmədədir”,- Bank bildirir.
"ExpressBank" qeyd edir ki, 38 min yeni müştəri hesabı açılmışdır (rüblük artım 23%). İl ərzində yeni sahibkar və hüquqi şəxs müştərilərin sayı 2 mini ötmüşdür (25% artım).
"ExpressBank", məcmu kapital adekvatlığı göstəricisi üzrə (42.6%) sektorda birinciliyini qorunmaqdadır. Leverec əmsalı (43.4%) üzrə də bank sektorun liderləri sırasındadır.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 25 d. əvvəl
-
29 d. əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
48 d. əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
2 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"























