Fransada kərə yağı tapmaq çətinləşib
The Guardian qəzeti yazır ki, Fransada kərə yağı qıtlığı şirniyyatçıları çətin vəziyyətə sala bilər.
Mağazalarda kərə yağı qıtlığı o dərəcəyə çatıb ki, sosial şəbəkələrdə bəzi insanlar zarafatla bir yarısı yeyilmiş paket yağı 250 avroya satmağa təklif edirlər, qəzet yazır.
Qıtlığın müxtəlif səbəblərinin olduğu deyilir, lakin fermerlər, qida istehsalçıları və şirniyyatçılar daxil olmaqla kərə yağından külli miqdarda istifadə edən şirkətlər və şəxslər bu problemə görə aylardır ki, şikayət edirlər.
Nəhayət, bu həftə Fransa qəzetləri də kərə yağı qıtlığının İkinci Dünya Müharibəsindən indiyədək görünmüş ən ciddi səviyəyə çatdığını yazıblar.
Qıtlığa əsas səbəblərdən biri azalan süd istehsalı və dünyada artan süd tələbatıdır. Sənayedə istifadə edilən bir ton kərə yağının qiyməti 2016-cı ilin aprel ayında 2 min 500 avro idi. Bu ilin yay aylarında isə bu qiymət 7 min avroya çatıb.
Nəticədə bir çox şirniyyat və çörək mağazaları normal istehsal rejimini qüvvədə saxlaya bilmirlər.
Hətta Fransanın kərə yağına görə məhşur olan Brittany və Normandy bölgələrindəki mağazalarda kərə yağı soyuducuları boş qalıb.
Bəzi şirniyyatçılar qiymətləri qaldırmağa və ya kifayət qədər yağ əldə etmədikləri halda işçilərin iş saatlarını kəsməyə məcbur olublar.
Fransanın kənd təssərüfatı və qida naziri Stephane Travert qıtlığın tezliklə, süd istehsalının normal səviyyəyə qalxmasından sonra aradan qaldırılacağını deyib.
Lakin bəzi sənaye və kənd təssərüfatı xadimləri azalmış süd istehsalının yaratdığı vəziyyətin qışa qədər davam edə biləcəyini deyirlər.
Kərə yağı bazarında problemlər Avropa İttifaqının 2015-ci ildə kvotaları ləğv etmə qərarı ilə başlayıb, the Guardian yazır.
Bundan sonra əvvəlcə süd istehsalı kəskin şəkildə artıb, bu isə bazarda qiymətin kəskin azalması ilə nəticələnib və süd istehsalçılarını istehsalı kəskin şəkildə azaltmağa məcbur edib.
Lakin istehsalçıların bu qərarı ilə yanaşı dünyada kərə yağına tələbat da artmağa başlayıb.
Süd istehsalçıları kərə yağının istehsalının onlar üçün əlverişli olmadığından şikayətlənirlər. Hökumət istehsalçıların qiymət dəyişikliyi tələblərinə razılıq verərək problemi aradan qaldırmağa çağırıb.
Mağaza və supermarketlər isə qiymətləri hər ilin əvvəli bir illik müddətə müəyyən etdiklərinə görə, bazardaki bu dəyişikliyin qiymətlərə təsiri olmayıb.
Buna görə, istehsalçıların çoxu kərə yağını yerli bazarlarda satmaq əvəzinə xaricə ixrac etməyi üstün tuturlar
© BBC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
8 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























