Cənubi Qafqazda ilk dəfə Azərbaycanda reallaşdırıldı
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əsas Yük Terminalında korporativ sosial məsuliyyət proqramı çərçivəsində "IVY GROUP" şirkəti ilə birgə təşkil etdiyi “Fitzona” idman meydançasının açılış mərasimi keçirilib.
Bu barədə QSC-dən məlumat verilib.
Fitzona idman meydançası sağlam həyat tərzi, idman və həmrəyliyə yönəlmiş layihədir. Açıq hava şəraitində məşqləri nəzərdə tutan bu layihə Cənubi Qafqazda ilk dəfə Azərbaycanda reallaşdırılıb. Qeyri-kommersiya və sosial xarakter daşıyan layihənin əsas məqsədi gəncləri sağlam həyat tərzi, ictimai fəallıq, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsidir.
Tədbiri giriş sözü ilə açan “IVY GROUP” şirkətinin təsisçisi Tamerlan Vahabov qeyd edib ki, fitzona konsepti dünyanın bütün böyük şəhərlərində uğurla tətbiq olunur: “Fitzonalar dünyanın əksər müasir şəhərlərinin tərkib hissələrinə çeviriliblər. Bu gün Nyu-York, London, Sidney, Tokio və başqa şəhərlərdə onlarla fitzonalar fəaliyyət göstərir. Şadam ki, bu gündən etibarən qeyd olunan şəhərlər sırasında Bakını və Xəzərin ən qədim limanı olan Bakı Limanının adını sadalaya bilərik.”
Bakı Limanının Baş direktoru Taleh Ziyadov aparıcı limanları hər zaman ən son texnoloji yeniliklər, inkişaf və müasir menecment alətlərinin geniş tətbiq olunduğu məkan kimi xarakterizə edib: “Şəhərin ən gözəl yerlərindən birində sosial layihə olan, brendə çevrilmiş fitzonanın Bakı Limanında fəaliyyətə başlaması bizim üçün sevindirici haldır. Bu gün açılışını etdiyimiz və dənizkənarı bulvarın yanında yerləşən fitzona Bakı şəhərinin sakinləri və qonaqları üçün ən rahat məkan olacaq”.
Çıxış edən qonaqlar arasında Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Olimpiya çempionu Fərid Mansurov və Millət Vəkili Adil Əliyev Azərbaycanın idman ölkəsi kimi tanındığını, ölkəmizin bir sıra beynəlxalq idman yarışlarına, o cümlədən I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etdiyini vurğulamış, fitzonanın sağlam həyat tərzi sürən hər kəs üçün əhəmiyyəti qeyd edilib.
Tədbirin açılış mərasimində ölkənin aparıcı idmançıları, ictimaiyyət nümayəndələri, həmçinin "Qəhrəmanların avtomobil yarışı" çempionları iştirak ediblər. Açıq havada keçirilən tədbirdə iştirakçılar Avrasiyanın “Strong Man” çempionlarından master-klass almaq və “KrosFit” üzrə birinci dərəcəli mütəxəssislər ilə birgə məşq etmək şansı qazanıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 d. əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 d. əvvəl
-
- 11 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
2 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
3 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























