10 yaşında 10 milyondan çox mənfəət açıqlayan bank
“Bank Avrasiya” ASC 2017-ci ilin 9 ayını 10 milyon 990 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylrında bankın cəmi gəlirləri 11 milyon 515 min manat, o cümlədən faiz gəlirləri 9 milyon 515 min manat, qeyr-faiz gəlirləri isə 2 milyon manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin 9 ayında “Bank Avrasiya”nın cəmi gəlirəri 11 milyon 560 min manat, o cümlədən faiz gəlirləri 9 milyon 325 min manat, qeyri-faiz gəlirləri 2 milyon 236 min manat təşkil etmişdi.
“Bank Avrasiya” 11 milyon 515 min manat gəliri əldə etmək üçün 5 milyon 339 min manat xərc çəkib və nəticədə bankın 6 milyon 177 min manat xalis əməliyyat mənfəəti qalıb. Həmçinin Bank ehtiyatlardan 4 milyon 812 min manatı mənfəətə əlavə edib. Ehtiyatlar əsasən kredit və depozit itkiləri üçün yaradılır. Ehtiyatları azaldılması “Bank Avrasiya”da kredit və depozit risklərinin azaldığına işarədir.
"Bank Avrasiya" ASC-də ödəmə vaxtı keçmiş kreditlər 11 milyon 915.4 min manat təşkil edib ki, bu da cəmi kredit portfelinin 12,6%-nə bərabərdir.
Əməliyyat mənfəəti və ehtiyatlardan azad olan vəsait hesabına Bank 9 ayı 10 milyon 990 min manat xalis mənfəətlə bağlayıb. “Bank Avrasiya” 2016-cı ilin 9 ayını 6 milyon 696.5 min manat xalis mənfəətlə başa vurmuşdu.
30 Setyabr 2017-ci il tarixində "Bank Avrasiya" 153 milyon 355 min manat cəmi aktivlərə (o cümlədən 86 milyon 780 min manat müştərilərə verilən kreditlər və 24 milyon 380 min manat qiymətli kağızlara investisiya), 89 milyon 469.7 min manat cəmi öhdəliklərə və 63 milyon 886.1 min manat balans kapitalına malik olub.
"Bank Avrasiya" ASC 2007-ci ilin Noyabr ayında lisenziya almışdır. Bu ilin Noyabr ayında Bankın 10 yaşı tamam olur.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
2 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
4 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"























