Ən problemli avtomobillər müəyyən edilib
ABŞ-da dərc olunan "Consumer Reports" aylıq jurnalının ekspertləri müxtəlif markalı avtomobillərin etibarlılıq səviyyəsini araşdırıblar və 27 şirkətin daxil olduğu reytinq siyahısı hazırlayıblar.
Syahının ilk pillələrində Yaponiya istehsalı olan avtomobillər yer alıb.
Siyahının lideri "Toyota" olub. Ən az nasazlıq bu markadan olan avtomobillərdə qeydə alınıb. İkinci pillədə "Lexus", üçdə isə "Kia" qərarlaşıb.
İlk onluğa həmçinin Yaponiya markası olan "Subaru", "Infiniti" və "Honda", "Audi" və "BMW" (Hər ikisi Almaniya), "Buick" (ABŞ) və "Hyundai" (Cənubi Koreya) düşüb.
Bundan əlavə, ən problemli avtomobillər də müəyyən edilib. Ekspertlərin sözlərinə görə, birinci yer "Chevrolet Camaro"ya verilib. "Mercedes-Benz GLC" və "Jaguar F-Pace" markalı avtomobillərin sahibləri də problemlərlə üzləşiblər.
Siyahıya həmçinin "GMC Acadia", "Fiat 500", "Ford Fiesta" və " Ford Focus", eləcə də, "Volvo XC90", "Cadillac Escalade" və "Tesla Model X" daxil edilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
16 d. əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 21 d. əvvəl
-
-
28 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
35 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
44 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
11 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb





























