Balıqçılıq təsərrüfatı yaratmaq asanlaşdırılır
Nazirlər Kabineti “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nda dəyişiklik edib.
Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin “Balıqçılıq haqqında” qanuna və ekoloji tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən balıqçılıq təsərrüfatı ekspertizası aparılır.
Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin qanuna və ekoloji tələblərə uyğunluğuna dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi tikintiyə icazə verən orqanların sorğusu əsasında verilir. İndiyə qədər sonra sorğu qeydiyyata alındığı vaxtdan 15 gün müddətində balıqçılıq təsərrüfatı ekspertizasının rəyinin qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edilib. Bundan sonra isə sorğu qeydiyyata alındığı vaxtdan layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində balıqçılıq təsərrüfatı ekspertizasının rəyinin qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul ediləcək.
Qüvvədə olan Qaydaya əsasən işin həlli üçün zəruri olan əlavə sənədlər və ya məlumatlar 15 gündən gec olmayaraq sifarişçi tərəfindən təqdim olunmalı idi. Əlavə sənədlər və ya məlumatlar 15 gün müddətində təqdim olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılmalı, yalnız həmin sənəd və məlumatlar təqdim olunduğu andan müddət axımı bərpa olunmalı idi. Dəyişikliyə əsasən hər iki halda müddət 15 gündən 5 günə endirilib.
Qeyd edək ki, qüvvədə olan Qaydaya əsasən ekspertizanın mürəkkəbliyi və ya əlavə tədqiqat aparılmasına ehtiyac yaranması səbəbindən balıqçılıq təsərrüfatı ekspertizasının aparılması ilə əlaqədar daha artıq müddət tələb olunduğu hallarda, balıqçılıq təsərrüfatı ekspertizasının aparılması müddəti hər dəfə 15 gün olmaqla, ən çoxu iki dəfə uzadıla bilərdi. Bu müddəa ləğv edilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
16 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
22 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























