Biznes niyə VTB (Azərbaycan)-ı seçməlidir? - MÜSAHİBƏ
"Bankımızda sahibkarlar arasında populyar olan overdraft krediti də mövcuddur"
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi idarəsinin rəisi Samir Musayevin müsahibəsi
Müasir Azərbaycan sahibkarları və işgüzar dairələrinin inkişaf strategiyasında beynəlxalq bazarlara çıxış və xarici tərəfdaşlarla işbirliyinin qurulması əhəmiyyətli yer tutur. Bu planların uğurla həyata keçməsində düzgün bank seçimi böyük rol oynayır – həm ölkə daxilində, həm xaricdə keyfiyyətli və zəmanətli bank xidmətləri müvəffəqiyyəti şərtləndirən əsas amillərdəndir. Təəccüblü deyil ki, bu zaman beynəlxalq şəbəkəyə malik olan banklarla əməkdaşlıq etmək daha əlverişli və məqsədəuyğundur. Hazırda Azərbaycanda belə imkanları olan azsaylı banklardan biri də bank VTB (Azərbaycan)-dır.
VTB (Azərbaycan)-nın qəbul etdiyi yeni strategiyaya əsasən, bu gün bankın da əsas diqqəti korporativ biznesin inkişafına yönəlib. Bank sahibkarlara hansı xidmət və məhsulları təklif edir, biznes niyə məhz VTB (Azərbaycan)-ı seçməlidir kimi sualları bankın Korporativ biznesin kreditləşməsi İdarəsinin rəisi Samir Musayev danışır.
- Bank VTB (Azərbaycan)-la çalışmağın üstünlükləri hansılardır?
İlk növbədə bu, VTB (Azərbaycan)-ın beynəlxalq nəhəng maliyyə qrupu VTB-yə mənsub olmasından irəli gələn üstünlüklərdir. Rusiyanın aparıcı banklarından biri olan VTB-nin müxtəlif ölkələrdə çoxsaylı filial və şöbələrinin mövcudluğu Azərbaycandakı müştərilər üçün də əlavə imkanlar vəd edir. Biz müştərilərimizə həm Azərbaycanda, həm də digər MDB ölkələrində, Gürcüstanda və Kipr, Avstriya, Fransa, Almaniya, Çin və Hindistan kimi inkişaf etmiş ölkələrdə geniş xidmət şəbəkəsi təklif edirik. Bu, sözsüz ki, beynəlxalq biznes əlaqələri olan sahibkarlar üçün rahat və sərfəlidir. Nəticədə biznes üçün VTB (Azərbaycan)-la əməkdaşlıq – qlobal bazarlara çıxış deməkdir.
- VTB (Azərbaycan)-ın müştərisi olaraq sahibkar VTB–nin digər təşkilatlarında hər hansı üstünlüyə sahibdirmi? Misal üçün, digər ölkədəki VTB bankdan kredit ala bilərmi?
Əlbəttə, bizim bankın müştəriləri üçün VTB-nin digər şöbələrində də sərfəli şərtlər nəzərdə tutulub. Məsələn, VTB qrup tərkibində beynəlxalq hesablaşmalar üzrə komissiyalar xeyli aşağıdır. VTB qrup bankında hesaba pul köçürmək digər bankda hesaba pul köçürməkdən daha ucuz başa gəlir.
Bu, müştərilərimizə təklif etdyimiz üstünlüklərdən biridir. VTB –nın digər banklarından kreditləşmə ilə bağlı suala gəlincə, bizdə belə təcrübə də mövcuddur ki, irihəcmli kreditlər Baş ofisin balansı hesabına təmin olunub.
- Bank VTB (Azərbaycan) korporativ müştərilər üçün hansı məhsuları təklif edir?
Korporativ müştərilər üçün bizdə bir çox məhsul və xidmətlər mövcuddur – depozitdən sənədli əməliyyatlara qədər. Hazirda korporativ müştərilər üçün nəzərdə tutulan “Çevik” depoziti öz rahatlığına görə populyar məhsullardan biridir: əmanətin müddəti 12 və 24 ay ola bilər, vəsaiti manat, dollar və avroda yerləşdirmək mümkündür. Bu halda depozit üzrə faiz dərəcələri kifayət qədər əlverişlidir. Ən əsası isə azalmayan qalığı saxlamaq şərti ilə depozitdən vəsaitlərinin qismən çıxarılması mümkündür. Beləliklə, müştəri vəsaitinin 50%-dən istifadə edə bilər.
Eləcə də bank hüquqi şəxslərə və fərdi sahibkarlara sərfəli şərtlərlə kredit təklif edir. Bankımızda sahibkarlar arasında populyar olan overdraft krediti də mövcuddur. Bu, müştərinin cari hesabı üzrə vəsaitlərinin dövriyyəsində müvəqqəti pul vəsaitlərinin çatışmazlığı zamanı avtomatik olaraq 1-30 gün müddətinə təqdim edilən qısamüddətli kredit məhsuludur. Overdraft almaq üçün bankın müştərisi anket doldurub və limit müəyyən edir. Bankın müştərisi olmayan şirkətlər overdraftdan istifadə üçün əlavə olaraq digər bankdakı hesablarındakı dövriyyə üzrə arayış təqdim etməli, xidmətin göstəriləcəyi barədə təsdiq aldıqdan sonra bank VTB (Azərbaycan)-da hesablaşma hesabı açmalıdır. Overdraftın verilməsi üzrə qərar və vəsaitin ayrılması maksimal qısa müddətdə, operativ həyata keçirilir.
Sahibkarlar, xüsusilə də xaricdə ticarət əlaqələri olanlar tərəfindən sənədli əməliyyatlar - akkreditivlər və bank zəmanətləri məhsuluna tələbat çoxdur. Sənədli əməliyyatların üstünlüyü ondadır ki, onlar müxtəlif iştirakçıların maraqlarını nəzərə alaraq mürəkkəb konstruksiyalı razılaşmaların qurulmasına imkan verir və hesablaşma, zəmanət və kredit funksiyalarını özündə birləşdirir.
Hazırda bizim bank manat və xarici valyutada olan bütün növ sənədli və zəmanət əməliyyatlarını həyata keçirir. Müştərilərimiz sazişin layihəsinin hazırlanmasından başlayaraq real təchizat və hesablaşmalara nəzarətin həyata keçirilməsinədək sövdələşmələrin bütün mərhələlərində məsləhət almaq üçün bizə müraciət edir. Bank müştəri üçün düzgün və maksimal dərəcədə sərfəli şəkildə sözləşmənin şərtlərini, hesabatlardakı sənədlərin formatını və uyğunluğunu izah etməyə, gizli riskləri və xərcləri qiymətləndirməyə, müxtəlif sənədli şərtlərin mübahisəli şərhlərini istisna etməyə kömək edir. Bu halda məqsədimiz müştəriyə maksimal şəkildə uyğun üstünlüklərlə sözləşmə bağlamağa yardım etməkdir.
- Azərbaycan bank bazarında indiyədək təklif olunmayan məhsullarınız mövcuddurmu? Bəlkə siz onları VTB-nin digər təşkilatlarından götürmüsünüz?
Əlbəttə, belə məhsullarımız mövcuddur. Azərbaycan bazarı üçün tamamilə yeni və Rusiyada kifayət qədər populyar olan məhsul var ki, bu da cari hesabdakı orta aylıq qalıqdır. Bu məhsul hesabdakı orta aylıq qalığa faizlərin hesablanmasını nəzərdə tutur. Beləliklə, biznesinizin pulu sadəcə hesabda “yatmır”, o, həmçinin əlavə gəlir əldə etməyə imkan verir. Orta aylıq qalıq məhsulu üzrə faiz dərəcəsi şərtlərdən asılı olaraq illik 4%-ə çata bilər. Məhsul həm milli valyutada hesab olan müştərilər üçün, həm də dollar və ya rublda hesabı olanlar üçün çox əlverişlidir. Belə növ məhsul Rusiyanın bir çox banklarında mövcuddur. Azərbaycanda isə onu ilk biz tətbiq etmişik.
- 2018-ci ildə korporativ biznesin inkişafı üzrə planlarınız barədə nə deyə bilərsiniz?
Biz, Azərbaycan üçün yeni bank məhsullarının tətbiqi üzrə işlərimizi davam etdirəcəyik. Bu, Baş ofis və ya VTB-nin digər təşkilatlarında tətbiq edilən məhsullar olacaq. Planlarımız çoxdur və onları müvəfəqiyyətlə həyata keçirəcəyimizə əminik. Məqsədimiz ölkənin bank bazarında öz mövqelərimizi bundan sonra daha möhkəmləndirməkdir.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
37 d. əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 44 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
4 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
4 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
4 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Ən çox oxunanlar
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)





.jpg)










