"Rabitəbank" və "Bank Respublika"nın birləşməsi xəbərinə münasibət - "Dəstəkləyirik"
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Rabitəbank" və "Bank Respublika"nın konsolidasiyası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
MBNP-nin mətbuat xidmətin bildirilib ki, Palata kapital dayanıqlığının artırılması istiqamətində banklar tərəfindən görülən işləri dəstəkləyir: "Sorğunuza cavab olaraq bildiririk ki, bank sektorunun restrukturizasiyası çərçivəsində bankların kapital dayanıqlığının artırılması istiqamətində tədbirlər həyata keçirilməkdədir. Bununla bağlı banklar tərəfindən əlavə səhm emissiyası, öhdəliklərin kapitala transformasiyası və ya digər banklarla konsolidasiya formasında təşəbbüslər mövcuddur. Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlığının artırılması istiqamətində banklar tərəfindən görülən işləri dəstəkləyir və proseslərin prudensial həyata keçirilməsinə nəzarət edir".
Oktyabrın 16-da bank sektorundakı bir neçə mənbə, o cümlədən sözügedən bankların adının çəkilməsini istəməyən əməkdaşları bildirib ki, Azərbaycanın iki köklü bankı - "Rabitəbank" və "Bank Respublika" konsolidasiya (birləşmə) ilə bağlı danışıqlar aparır.
Həmsöhbətlərimizdən birinin sözlərinə görə, hələlik proses danışıqlar mərhələsindədir: "İki bankın rəhbərliyi konsolidasiya ilə bağlı danışıqlar aparır. Hələlik danışıqlar mərhələsində olan proses yaxın vaxtda hüquqi mərhələyə keçəcək".
Mənbə onu da əlavə edib ki, bir müddətdir hər iki bank ATM şəbəkəsini birləşdirməklə məşğuldur.
Digər mənbə isə bunları deyib: "Danışıqlar gedir, nə vaxt və necə yekunlaşacağı barədə heç nə demək olmur".
"Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev açıqlamasında bildirib ki, rəhbərlik etdiyi bank daim konsolidasiya ilə bağlı danışıqlara açıqdır: "Bilirsiniz ki, mən həm də Azərbaycan Banklar Assosiasiyasının prezidentiyəm. Bizim işimiz konsolidasiya prosesini təşviq və təbliğ etməkdən ibarətdir. Lakin hazırda konsolidasiya və ya qoşulma ilə bağlı konkret danışıqlar aparılmır, konkret qərar da yoxdur".
"Bank Respublika"nın ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Ramil Bayramov isə bildirib ki, konsolidasiyadan xəbərsizdir: "Məndə belə bir məlumat yoxdur".
Azərbaycan Banklar Assosiasiyasından isə konsolidasiya məsələsinin gündəmdə olduğunu bildirsələr də, bankların adlarını açıqlamaq istəməyiblər.
Cari ilin mayın 31-də bankların yaydığı birgə məlumatda qeyd edilib ki, "Bank Respublika" və "Rabitəbank" bankomat şəbəkəsini birləşdirib. Birləşmiş şəbəkəyə 90-dan artıq bankomat daxildir.
"Bank Respublika" 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmlərinin 84%-i iş adamı Natiq Quliyev və onun ailə üzvlərinə məxsusdur. Səhmdarlar arasında Almaniyanın DEG, "Sparkassen-Finanzgruppe" kimi maliyyə institutları da var.
"Rabitəbank" 1993-cü ildən etibarən fəaliyyət göstərir. Bankın əsas səhmdarları Müşahidə Şurasının sədri Zakir Nuriyev və onun ailə üzvləridir.
© APA
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
4 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
6 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"























