Azərbaycan şirkətləri ixraca dair müqavilələr imzalayıb
Oktyabrın 13-də Bakı Biznes Mərkəzində "Made in Azrebaijan" brendinin təbliği sahəsində həyata keçirilən tədbirlər, eləcə də Almaniyanın Köln şəhərində keçirilmiş "ANUGA" Beynəlxalq Ərzaq Sərgisinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında diqqətə çatdırılıb ki, sərginin keçirildiyi 5 gün ərzində Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendi və burada təqdim edilən 20-dən çox yerli şirkətimizin məhsulları sərgi ziyarətçiləri və xarici şirkətlər tərəfindən maraqla qarşılanıb.
Belə ki, xarici ölkələrdə keçirilən digər sərgilərdə olduğu kimi, “ANUGA” Sərgisində də Azərbaycanın bir sıra məhsulları, xüsusilə nar və nar şirəsi ziyarətçilərin və şirkətlərin diqqət mərkəzində olub.
Azərbaycanın “Azqranata” şirkəti İsrailə 20 ton nar şirəsi ixracına dair müqavilə imzalayıb, Qətərə “+more” markası ilə müxtəlif meyvə şirələrinin ixracına dair ilkin razılıqlar əldə edib.
“Mars FK” şirkəti İsveçrə və Monqolustanın satış şirkətləri ilə apardığı danışıqların nəticəsində bu ölkələrə ilkin olaraq 100 ton və 18 ton nar ixracına dair sifarişlər alıb, “Aqro-Azerinvest” MMC isə Almaniyaya “Goldenes Baku” markalı nar şərabının ixracına dair razılıq əldə edib.
Bundan başqa, “Sirab” şirkəti Səudiyyə Ərəbistanına mineral suların ixracına dair danışıqlara başlayıb.
Xüsusi emal üsulu ilə qurudulmuş xurma istehsal edən “Bal Xurma” şirkəti Argentina, Niderland, İtaliya və Yunanıstanda otellərin qida təchizatı ilə məşğul olan bir sıra şirkətlərlə danışıqlar aparıb və ixraca dair ilkin razılıqlar əldə edib.
Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan “Konfiron” MMC isə sərgi çərçivəsində Rumıniyaya ixraca dair danışıqlar aparıb.
Azərbaycanın fındıq istehsalçıları da sərgi çərçivəsində bir sıra müqavilələr imzalayıblar. Belə ki, Azərbaycanın fındıq istehsalçısı “Azərstar” Hollandiya və Danimarkanın satışla və qənnadı məmulatlarının istehsalı ilə məşğul olan şirkətləri ilə iki müqavilə imzalayıb. Müqavilələrə əsasən, “Azərstar” şirkəti oktyabr və dekabr aylarında bu ölkələrin hər birinə ilkin mərhələdə 22 ton fındıq ixrac edəcək. “Azərstar” həmçinin, İsveçrəyə 22 ton fındıq ixracına dair danışıqlar aparıb.
“Xan EL” şirkəti 40 ton fındığın İtaliyaya ixracına dair bu ölkənin şokolad istehsalçısı ilə müqavilə imzalayıb.
“Aqrovest” MMC Azərbaycan fındığının Hollandiya, Belçika və Lüksemburqa ixracına dair Hollandiya şirkəti ilə danışıqlara başlayıb.
Azerbaijan Hazelnut Exporters Consortium (AHEC) isə İtaliyaya 48, Çexiya və Yunanıstana isə hər birinə 22 ton fındıq ixracına dair ilkin razılıqlar əldə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
6 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 7 saat əvvəl
-
8 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
9 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)




