DÜŞÜN, BORC AL! Kampaniyası keçirilir
Bir ay ərzində cari və potensial müştərilərin maliyyə savadlılığının artırılmasını nəzərdə tutmaqla artıq üçüncü ildir ki, keçirilən DÜŞÜN, BORC AL! Kampaniyası bu il də oktyabr ayı boyunca davam edəcək.
Kampaniya beynəlxalq müştəri mühafizəsi standartlarını və maliyyə savadlılığını təşviq edən beynəlxalq təşkilat – Mikromaliyyə Mərkəzi (MFC) tərəfindən təşkil edilir.
Kampaniya bu il 15 ölkədə, o cümlədən, Albaniya, Azərbaycan, Bolqarıstan, Bosniya və Herseqovina, Çernoqoriya, Gürcüstan, İspaniya, Kosovo, Qazaxıstan, Makedoniya, Moldova, Rumıniya, Serbiya, Tacikistan, Ukrayna vəYunanıstanda həyata keçirilir.
Oktyabr ayı ərzində Kampaniyanı Azərbaycanda Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və BOKT “VijnFond AzərKredit” MMC (VF AzərKredit) dəstəkləyəcəklər.
DÜŞÜN, BORC AL! Kampaniyası məsuliyyətli şəkildə və təhlükə yaratmayan məbləğdə kredit götürə bilmələri üçün müştərilərin borca girməzdən öncə özlərinə verməli olduqları sualların məcmusunu təqdim edir. Kampaniya ərzində AMFA və VF AzərKredit geniş spektrli informasiya tədbirləri, o cümlədən, video mesajlar, posterlər, broşürlər və sairdən istifadə etməklə, cari və potensial müştəriləri maarifləndirməyə çalışacaqlar. Kampaniyanın bəzi materialları ilə https://www.facebook.com/AMFA.Azerbaijan/ və www.azercredit.az/az/borrow_wisely/ istinadları vasitəsilə tanış ola bilərsiniz.
Geniş ictimaiyyətin istifadəsi üçün həm də MFC-in onlayn şəkildə təqdim etdiyi Maliyyə Sağlamlığının Yoxlanması üçün Testin demo versiyası təqdim edilir. Bu alət istifadəçilərə maliyyə vəziyyətlərini nə qədər yaxşı idarə etdiklərini yoxlamaq üçün imkan yaradır və hansı sahədə vəziyyətlərini daha yaxşıya doğru dəyişə biləcəklərini göstərir. Məsələn, bu alət aylıq gəlirin ən azı 10%-i civarında yığım etməyi, aylıq kredit ödənişlərinə aylıq ümumi gəlirin 20%-dən az məbləğin sərf edilməsinə nəzarət etməyi, növbəti ay üçün büdcənin tərtib edilməsi məqsədilə ayda bir dəfə bütün ailə ilə əyləşib məsləhətləşməyi və sair tövsiyə edir. Testi https://goo.gl/jd13n5 istinadından istifadə etməklə sınaqdan çıxarda bilərsiniz.
#2017BWC #BorrowWisely#financialeducation həştəqlərindən yararlanaraq, Kampaniyanı sosial şəbəkələrdə daha yaxından izləyin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
4 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib



















