Tikintidə işləyənlərin 27%-nin əmək müqaviləsi yoxdur
9 sentyabr 2017-ci il tarixindən etibarən Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı" tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsinə başlanılıb.
Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 9 səyyar monitorinq həyata keçirilib. Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 9-u sifarişçi, 7-si podratçı, 14-ü subpodratçı olmaqla cəmi 30 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı səyyar monitorinq aparılıb.
Yoxlamaların həyata keçirildiyi dövr ərzində yoxlanılmış 232 işçidən 170-in müqavilə ilə, 62-nin isə müqaviləsiz işlədiyi aşkar olunub.
Ümumilikdə dövr ərzində yoxlanılan işçilərin 27%-ində əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə halları aşkar edilib.
Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokurorluğa yönləndirilib.
Səyyar monitorinq zamanı çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan hüquqi və fiziki şəxslərə maarifləndirmə ilə bağlı broşurlar, həmçinin Əmək Məcəlləsi ilə bağlı bələdçi sənəd, əmək müqaviləsi və ya xidməti (mülki) müqavilələrin üstünlükləri, tətbiq oluna biləcək cərimələr, Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı bələdçi sənəd, o cümlədən sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı normativ sənədlər və digər məlumatlar CD disklərdə təqdim olunur.
Qeyd edək ki, tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin yoxlanılması "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" prezidentin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli fərmanın imzalanması və bu fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı həyata keçirilir.
Dövlət Agentliyi tərəfindən tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrinin yaradılması və işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin formalaşdırılması üçün "Analitik Monitorinq Sistemi" yaradılıb.
Hazırda "Analitik Monitorinq Sistemi"nin proqram təminatı işlənib hazırlanıb, dövlət qurumlarının - Fövqəladə Hallar Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Vergilər Nazirliyinin informasiya sistemləri ilə inteqrasiya işləri tamamlanıb.
Dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı məlumatlar təhlil edilir və şübhə yarandığı halda Mərkəzin Səyyar monitorinq qrupu tikinti obyektlərində səyyar monitorinq həyata keçirir.
Monitorinqlər davam etdirilir və nəticələri mütəmadi olaraq açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
8 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
9 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
9 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
















.jpg)



