Bayılın ən gözəl yaşayış binaları təhvil verildi!
“Kristal Abşeron” şirkəti yaşayış binalarını vaxtında tikib təhvil verməsilə də tanınır. Şirkət bu ilin Avqust ayında Bayıl layihəsini təhvil verərək bir daha etibarlılığını sübut edib. Artıq sakinlər öz tam təmirli mənzillərinə köçməyə başlayıblar.
“Kristal Abşeron”un Səbail rayonu, Yeni Salyan yolu 16, 16A, 16B (Dövlət Bayraq Meydanı yaxınlığında) tikdiyi binalar Bayılın ən gözəl yaşayış binalarındandır. Hər biri 16 mərtəbəli olan 3 binadan ibarət yaşayış kompleksi bir memarlıq əsəridir. Möhtəşəm xarici görünüşə malik olan binalar, Bakımızın müasir görkəminə məxsusi gözəllik qatır.
Yaşayış kompleksi Bulvara və Bakının mərkəzinə çox yaxın məsafədə yerləşir. Bu yaşayış kompleksindən metronun “İçəri Şəhər” və “Sahil” stansiyalarına 5 dəqiqə ərzində çatmaq mümkündür.
Kompleksin həyətində geniş yaşıllıq sahədə uşaq meydançası və ikimərtəbəli müasir uşaq bağçası olacaq. Yaxınlıqda bir neçə orta məktəb yerləşir.
AYLIQ 449 MANAT ÖDƏNİŞ!
Özü və yeri gözəl olan binalarda mənzillərin əksərtiyyəti satılıb. Az sayda qalan tam təmirli mənzillər fürsəti düzgün qiymətləndirəcək alıcıların olacaqdır. Mənzillər 25 illik ipoteka ilə təklif edildiyindən, ilkin 15870 manat, aylıq isə 449 manat ödəməklə bu binalarda 1 otaqlı 52.9 kv.m mənzilə sahibi ola bilərsiniz. Bayıl layihəsində 2 otaqlı 72.09 kv.m mənzilin ilkin ödənişi 21 627 manat, 25 illik olmaqla aylıq ödənişi isə 612 manatdır.
TAM TƏMİRLİ VƏ “KUPÇA”LI MƏNZİLLƏR
Mənzillər təmirli şəkildə təhvil verilir. Təmirə Belarusiya istehsalı mənzilin daxili qapıları, Türkiyə istehsalı giriş qapısı, Alman texnologiyası ilə istehsal olunmuş plastik qapı və pəncərələr, İtaliya istehsalı oboylar, Türkiyənin E.C.A. firmasının istehsalı hamam aksesuarları, İspaniya istehsalı kafel - metlax, parket döşəmə(palıd), istilik radiatorları və s. daxildir. Kristal Abşeron-un digər layihələrində olduğu kimi, Bayıl layihəsində də Texnonikol şirkətinin izolyasiya sistemlərindən istifadə olunur. Qarşıdan gələn qış aylarında izolyasiya sistemi mənzilləri isti saxlamağa və enerji xərclərinə qənaət etməyə imkan verəcəkdir.
Təmirli mənzillər sakinlərə təhvil verilən zaman bütün kömunal xidmətlər ilə təmin olunur (qaz,daimi isti su,işıq).
Yaxın günlərdə bina sakinləri Əmlakın Dövlət Reyestrindən çıxarışla (Kupça) təmin olunacaqlar.
Kristal Abşeron Bakı, Sumqayıt və Xırdalan şəhərlərində müxtəlif gəlirli insanlar üçün yaşayış komplekslərinin inşasını davam etdirir. Şirkətin layihələrində hər bir büdcəyə uyğun mənzillər mövcuddur. Hazırda davam edən “Payız” kampaniyasından yararlanaraq münasib aylıq ödənişlə tam təmirli mənzilə sahib olmaq mümkündür.
Layihələr barədə daha ətraflı:https://www.facebook.com/KristalAbsheron/?fref=ts
Telefon: *1544 (Çağrı Mərkəzi)
0125815828, 0502971010 (Bayıl filialı)
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
9 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 12 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO























