Qlobal iqtisadiyyata dair proqnozlar açıqlandı
Dünya Bankı, "Qlobal İqtisadi Gözləntilər" (GEP) hesabatının Yanvar 2017-ci sayını dərc edib.
“Marja” xəbər verir ki, Dünya Bankı hesabatında 2017 və 2018 illərə dair qlobal iqtisadi artım gözləntilərini aşağı salıb.
Hesabatda, keçən il 2,3% artacağı nəzərdə tutulan qlobal iqtisadiyyatın 2017-də bir qədər yüksələrək 2,7%-ə genişlənəcəyi təxmininə yer verilib. İnkişafın nisbətən sürətlənməsinə inkişaf edən bazar iqtisadiyyatlarında daxili tələbatın gücünü qorumasının təsir göstərəcəyi vurğulanıb.
Hesabata görə, Dünya Bankı qlobal inkişafın 2018 və 2019-cu illərdə 2,9%-ə çıxmasını gözləyir. Təşkilatın böyümə gözləntiləri, 6 ay əvvəl dərc olunan bir əvvəlki GEP hesabatında 2018 üçün 2,8 faiz və 2019 üçün 3% olaraq təyin olunmuşdu.
Hesabatda ABŞ-ın bu və gələn ilə bağlı iqtisadi inkişaf gözləntilərində dəyişiklik edilməməsi diqqəti çəkir. Dünya Bankı ABŞ iqtisadiyyatının bu il 2,2 faiz, 2018-də 2,1 faiz və 2019-da 1,9 faiz artmasını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















