Bu bank şirkətlərə pulsuz xidmətlər təklif edir
Expressbank sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərə xüsusi qayğı nümunəsi olaraq yüksək keyfiyyətli və sərfəli şərtlər əsasında bank xidmətləri təklif edir.
Bankın yeni tarifləri əsasında hüquqi şəxslər və fərdi sahibkarlar 10-dan artıq bank xidməti üzrə misli görünməmiş təkliflərdən və pulsuz xidmətlərdən yararlana biləcəklər:
-Əmək haqqı layihələri - pulsuz.
-Biznes kartların verilməsi - pulsuz
-POS terminalların quraşdırılması - pulsuz
-Valyutaların dəyişdirilməsi - pulsuz
-Ölkədaxili köçürmələr - pulsuz
Bütün bunlardan əlavə 1 ay müddətində hesabdan nağd pulun çıxarılması, hesabın açılması, hesabdan çıxarış, POS-terminal üzrə hesabdan məxaric, əmək haqqı fondundan köçürmə kimi xidmətlər üzrə 0% bank komissiyası müştərilərə maddi resurslarından daha səmərəli istifadə etməyə imkan verəcək. Müştərilər bu yanaşmanı yüksək qiymətləndirir və məhz bu qiymətin nəticəsidir ki, 2017-ci ilin yanvar ayından bu günədək 1700-dən artıq hüquqi şəxs və fərdi sahibkar bank əməliyyatları üçün Expressbank-ı seçmişdir.
Yeni tariflər çərçivəsində kredit əldə etmiş hüquqi şəxslər və fərdi sahibkarlar da bir sıra xidmətlərdən pulsuz yararlana biləcəklər.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
9 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"


















