Aqropark şirkətində 21 milyon manat zərər yığılıb
“İD-AGROPARK” MMC-nin 2024-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatını dərc edib.
Marja.az hesabata istinadən xəbər verir ki, “İD-AGROPARK” MMC 2024-cü ili 2 milyon 289 min manat xalis zərər ilə başa vurub. Şirkət 2023-cü ili 3 milyon 609 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2024-cü ildə “İD-AGROPARK” MMC-nin xalis zərəri 1 milyon 320 min manat və ya 36,6% azalıb.
“İD-AGROPARK” MMC-nin əsas fəaliyyətindən gəliri 2023-cü ildə 1 milyon 318 miin manat ikən, 2024-cü ildə 1 milyon 497 min manata yüksəlib.
Ötən il “İD-AGROPARK” MMC-nin cəmi xərcləri 4 milyon 148 min manat təşkil edib. Şirkətin xərcləri gəlirlərini üstələdiyindən zərər ilə üzləşir.
31 dekabr 2024-cü il tarixində “İD-AGROPARK” MMC-nin yığılmış zərəri 20 milyon 945 min manat təşkil edib ki, bu da Şirkətin 1009 manat olan nizamnamə kapitalından 20 min dəfəyə yaxın çoxdur.
31 dekabr 2024-cü il tarixində “İD-AGROPARK” MMC 14 milyon 48 min manat cəmi aktivlərə, 34 milyon 142 min manat cəmi öhdəliklərə malik olub.
“İD-Aqropark” MMC-nin əkin sahələri Saatlı rayonunda yerləşir. Şirkət badam, nar, pambıq yetişdirilməsilə də məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















