Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb

Kommersiya qurumlarının sayı 6,8 faiz artıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 696 min 283 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,9 faiz, hüquqi şəxslərin sayı 6,2 faiz artıb.

Xidmətin yaydığı məlumata görə, aprel ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206 min 986 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,8 faiz çoxdur.

2026-cı ilin mart ayında 750 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,3 faizi yerli investisiyalı, 8,7 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 86,9 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar-mart aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,2 faiz təşkil edib.

2026-cı ilin aprel ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,6 faiz artıb

2026-cı ilin aprel ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 55 min 51 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,8 faiz, hüquqi şəxslərin sayı isə 4,5 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artaraq 1832 vahid olub. 2026-cı ildə kommersiya qurumlarının 86,4 faizi elektron, 13,6 faizi kağız daşıyıcısı vasitəsilə qeydiyyata alınıb.

Azərbaycan vergi ödəyiciləri 2026 Azərbaycanda vergi ödəyicilərinin sayı vergi ödəyicilərinin statistikası fiziki şəxslər vergi ödəyiciləri hüquqi şəxslər vergi ödəyiciləri Azərbaycanda kommersiya qurumları dövlət qeydiyyatından keçən şirkətlər yeni şirkət qeydiyyatı Azərbaycan elektron qeydiyyat sistemi Azərbaycan MMC qeydiyyatı statistikası məhdud məsuliyyətli cəmiyyət sayı Azərbaycanda biznes qeydiyyatı vergi uçotu statistikası yerli investisiyalı müəssisələr xarici investisiyalı şirkətlər Azərbaycan elektron şirkət qeydiyyatı biznes mühiti Azərbaycan sahibkarlıq statistikası 2026 Naxçıvan vergi ödəyiciləri statistikası Naxçıvanda biznes qeydiyyatı Azərbaycanda sahibkarların sayı iqtisadi statistika Azərbaycan vergi sistemi Azərbaycan yeni yaradılan şirkətlər 2026
13.04.2026 13:51

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18

Ən çox oxunanlar