Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
Azərbaycanda karqo xidmətləri bazarında istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir.
Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda forumda bildirib.
O qeyd edib ki, Dövlət Agentliyi elektron ticarət sahəsində iki geniş araşdırma həyata keçirib: "Araşdırmalardan biri elektronika məhsullarının onlayn satışı ilə məşğul olan sahibkarlıq subyektlərini, digəri isə elektron ticarət iştirakçılarına xidmət göstərən karqo şirkətlərini əhatə edib. Elektronika məhsullarının onlayn satışına dair aparılan araşdırma zamanı sahibkarların qiymət kommunikasiya fəaliyyəti, istehlakçılara təqdim olunan malların qiymətləri barədə düzgün məlumat verilməsi, endirimlərin tətbiqi və müqavilə şərtlərinin istehlakçı hüquqlarını məhdudlaşdırıb-məhdudlaşdırmaması yoxlanılıb".
Y.Tapdıqlı əlavə edib ki, karqo xidmətləri bazarında aparılan araşdırma zamanı bəzi hallarda daşınma xidmətlərinin qiymətlərinin manatla deyil, xarici valyuta ilə göstərildiyi, xidmətlərin dəyərinin hesablanma qaydası barədə istehlakçılara tam və düzgün məlumat verilmədiyi müəyyən edilib: "Eyni zamanda xidmət göstərən şirkətlərin müqavilələrində istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin olub-olmaması və istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçib-keçmədiyi də araşdırılıb".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 20 d. əvvəl
-
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
13 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
16 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
17 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?




















