Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
"İranın əksər hərbi komanda heyəti məhv edilib, qalanları təslim olmaq və toxunulmazlıq istəyir"ABŞ Prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin onunla görüşərək danışıqlar aparmaq istədiyini və bu tələbi qəbul etdiyini açıqlayıb.
Marja xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirirb.
Tramp, “Görüşüb danışıq aparmaq istəyirlər və mən də qəbul etdim. Bunu daha əvvəl etməli idilər. Edilməsi çox praktik və asan olan şeyi daha əvvəl təqdim etməli idilər. Çox gec qaldılar” ifadələrini işlədib.
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək"
ABŞ Prezidenti Donald Tramp hücumlar nəticəsində İrandakı əsas hərbi komanda heyətinin “məhv edildiyini” iddia edərək, “Hazırda hərbi əməliyyatlar bütün gücü ilə davam edir və bütün hədəflərimizə çatana qədər davam edəcək” deyib.
Tramp sosial media hesabında paylaşdığı təxminən 6 dəqiqəlik videoda ölkəsi ilə İsrailin İrana qarşı hücumlarını dəyərləndirib.
O, İranda yerləşən İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus yüzlərlə obyektin vurulduğunu və İrana məxsus 9 gəminin məhv edildiyini bildirib. Tramp, həmçinin İranın ali rəhbəri Ayətullah Əli Xameneinin öldürüldüyünü qeyd edib.
İranın “əksər hərbi komanda heyətinin” məhv edildiyini və qalanların təslim olmaq və toxunulmazlıq istədiklərini iddia edən Tramp, “Hazırda hərbi əməliyyatlar bütün gücü ilə davam edir və bütün hədəflərimizə çatana qədər davam edəcək. Çox güclü hədəflərimiz var. İki həftə əvvəl nəsə edə bilərdilər, amma bacarmadılar” deyə əlavə edib.
“Daha çox Amerika əsgəri ölə bilər”
Tramp indiyədək 3 Amerika əsgərinin öldüyünü bildirərək, “Təəssüf ki, daha çox itki olacaq. Bu iş belədir. Yəqin ki, daha çox olacaq, amma bunun baş verməməsi üçün əlimizdən gələni edəcəyik” ifadələrini işlədib.
İranın nüvə silahına sahib olmasına icazə verə bilməyəcəklərini bir daha vurğulayan Tramp, İranın “terrorun sponsorluğunu edən” ölkə olduğunu iddia edib və bununla da mübarizə apardıqlarını bildirib.
İran xalqına “ölkənizi geri alın” çağırışı
İran xalqına və İran təhlükəsizlik qüvvələrinə də müraciət edən Tramp, “İnqilab Keşikçilərinə, İran ordusuna və polisinə bir daha silahlarını yerə qoyaraq tam toxunulmazlıq əldə etməyi tövsiyə edirəm, əks halda ölümlə üzləşəcəklər. Azadlığı arzulayan bütün vətənpərvərləri cəsarətli, təşəbbüskar və qəhrəmancasına davranmağa və ölkələrini geri almağa çağırıram. Amerika sizinlədir” deyə bildirib.
ABŞ-İsrail hücumları və İranın cavab addımları
İsrail və ABŞ, Tehran və Vaşinqton administrasiyaları arasında danışıqlar davam etdiyi bir vaxtda 28 fevralda İrana hərbi hücum başlayıb.
İran isə İsraillə yanaşı ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla bəzi region ölkələrində müəyyən etdiyi hədəflərə zərbələrlə cavab verib.
ABŞ-İsrail hücumları nəticəsində İranın ali rəhbəri Əli Xamenei ilə yanaşı çoxlu sayda yüksək vəzifəli şəxs həlak olub.
İran Qızıl Aypara Cəmiyyəti ölkəyə qarşı bombardmanlar nəticəsində 201 nəfərin öldüyünü, 747 nəfərin isə yaralandığını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
10 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
13 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
14 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 14 saat əvvəl
-
14 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
14 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
















.jpg)



