Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Avropa Mərkəzi Bankı (AMB və ya European Central Bank (ECB)) böhran dövrü siyasətinin təsirlərinin davam etməsi fonunda ardıcıl üçüncü dəfə illik zərər açıqlayıb.
AMB-nin yaydığı məlumata görə, 2025-ci ildə zərər 1,3 milyard avro (1,5 milyard dollar) təşkil edib. Bank 2024-cü ildə tarixində ən yüksək göstərici olan 7,9 milyard avro həcmində zərər elan etmişdi.
Qurum bildirib ki, bu il və ya 2027-ci ildə yenidən mənfəətə qayıtmağı gözləyir. Lakin bu, AMB-nin faiz dərəcələrinin və valyuta məzənnələrinin gələcək səviyyəsindən, həmçinin balansının həcmi və strukturundan asılı olacaq.
AMB istənilən zərərdən asılı olmayaraq effektiv fəaliyyət göstərə biləcəyini bir daha vurğulayıb. Bununla yanaşı, bəzi siyasətçilər gələcək aktiv alışlarında daha ehtiyatlı mövqe tutulmasına çağırıblar.
Bank qeyd edib ki, 2025-ci il üzrə zərər əvvəlki illərdə olduğu kimi gələcək mənfəətlər hesabına silinmək üçün balansda saxlanılacaq. Bu səbəbdən milli mərkəzi banklara mənfəət paylanması həyata keçirilməyəcək.
Christine Lagarde-ın illik gəliri
AMB-nin illik hesabatına əsasən, Christine Lagarde (Kristin Laqard) 2025-ci ildə AMB sədri kimi 595 min avro (701 830 dollar) əməkhaqqı alıb. Onun əsas maaşı 492 min 204 avro olub ki, bu da əvvəlki illə müqayisədə 5,6 faiz artım deməkdir. Bundan əlavə, o, nümayəndəlik xərcləri üçün 21 faiz artımla 103 min 362 avro alıb.
AMB həmçinin İdarə Heyəti üzvləri üçün tibbi, uzunmüddətli qulluq və qəza sığortası üzrə ödənişlər edir, lakin detalları açıqlamır.
Lagarde eyni zamanda Beynəlxalq Hesablaşmalar Bankının (BIS) İdarə Heyətinin üzvü kimi ötən il 130 min 457 İsveçrə frankı (163 390 dollar) məbləğində ödəniş alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
23 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?























