Nazirlikdə dövlət borcu yığıncağı
Maliyyə Nazirliyində növbəti kollegiya iclası keçirilib. Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub. 2026-2030-cu illəri əhatə edəcək “Dövlət borcunun idarə edilməsinə dair Strategiya” sənədinin hazırlanması İlə bağlı tapşırıq verilib.Fevralın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2025-ci ildə görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, Nazirlikdə hazırlanmış hüquqi akt layihələrinə baxılması, razılaşdırılması və təqdim edilməsi üzrə icra vəziyyəti, eləcə də cari məsələlər müzakirə olunub.
Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, 2022-2025-ci illər üzrə yenilənmiş Borc Strategiyası ilə müəyyən edilən strateji məqsədlərə tam nail olunub, ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 30 faizdən aşağı saxlanılması, xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi kimi müəyyən edilən prioritet tədbirlər gözlənilib.
Bununla yanaşı, 2025-ci ilin sonunadək faiz dərəcəsi riskinin məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payının 50 faizi keçməməsi, daxili borcalmanın genişləndirilməsi, bunun müqabilində xarici dövlət borcunun tədricən azaldılması, dövlət qiymətli kağızlarının orta ödəniş müddətinin mərhələli şəkildə uzadılması təmin edilib.
İclasda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2025-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr üzrə məruzə dinlənilib. Qeyd olunub ki, 1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun ümumi məbləği 25 milyard 987,5 milyon manat təşkil edərək ÜDM-in 20,1 faizinə bərabər olub və ilin əvvəli ilə müqayisədə 5,1 faiz və ya 1 milyard 392,7 milyon manat azalıb. Dövlət borcunun 31,5 faizi xarici, 68,5 faizi isə daxili borcun payına düşür. Dövlət zəmanətli borcların həcmi də azalaraq 10 milyard 368,4 milyon manat və ya ÜDM-in 8,0 faizi səviyyəsində qərarlaşıb.
Hesabat ilində xəzinə vəsaitlərindən səmərəli istifadə nəticəsində dövlət borcuna xidmət xərclərinə 300,1 milyon manat qənaət edilib, eyni zamanda həyata keçirilən təkrar maliyyələşdirmə əməliyyatları çərçivəsində qısamüddətli istiqrazlar uzunmüddətli istiqrazlarla əvəz olunaraq borc portfelinin strukturunda müsbət dəyişiklik təmin edilib. Dövlət istiqrazları üzrə orta ödəmə müddəti əhəmiyyətli səviyyədə artaraq 3,3 il təşkil edib.
Məlumat verilib ki, funksional fəaliyyətinə uyğun olaraq Agentlik tərəfindən dövlət borcalması həyata keçirilir, borc üzrə uçot və hesabatlılıq təmin edilir, təhlillər aparılır. Ötən il ərzində beynəlxalq maliyyə institutları ilə təqribən 235 milyon ABŞ dolları ekvivalentində yeni kredit sazişləri təsdiqlənib. Eyni zamanda, ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi üçün beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq digər aidiyyəti dövlət orqanları ilə koordinasiyalı şəkildə həyata keçirilməsi təmin edilib.
Kollegiyanın sədri dövlət borcunun idarə olunması sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, 2026-2030-cu illəri əhatə edəcək “Dövlət borcunun idarə edilməsinə dair Strategiya” sənədinin hazırlanması və Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra hüquqi institusional çərçivələrin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Kollegiya iclasında Maliyyə Nazirliyinə daxil olmuş və Nazirlikdə hazırlanmış hüquqi akt layihələrinə baxılması, razılaşdırılması və təqdim edilməsi üzrə icra vəziyyəti barədə məruzə dinlənilib. Bildirilib ki, Maliyyə Nazirliyi normayaratma fəaliyyətinin subyekti kimi hüquqi akt layihələrinin hazırlanması, ekspertizası, qəbul olunması, dəyişikliklər edilməsi və bu aktların ləğv edilməsi prosesində iştirak edir. 2025-ci il ərzində Nazirliyə dövlət orqanlarından daxil olmuş 1248 hüquqi akt layihəsinə müvafiq qaydada baxılıb, eyni zamanda, Nazirliyin təşəbbüsü və yuxarı dövlət orqanlarının tapşırıqları əsasında 150 hüquqi akt layihəsi hazırlanıb. Onlardan 43-ü qanun, 50-si Fərman, 4-ü Prezident Sərəncamı, 9-u Nazirlər Kabinetinin qərarı, 40-ı Nazirlər Kabinetinin sərəncamı, 4-ü Maliyyə Nazirliyinin Kollegiya qərarı olub ki, ötən il ərzində onlardan 45 sənəd təsdiq edilib.
Xüsusilə, Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2025-ci il tarixli Fərmanı ilə dövlət maliyyəsinin idarə olunması sahəsində mühüm islahatlara start verilib ki, bu sənəd dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatların əsası kimi qəbul oluna bilər. Qeyd olunub ki, bu islahatlar çərçivəsində gömrük, dövlət rüsumu, dövlətə məxsus olan hüquqi şəxslər və publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının səmərəli idarə edilməsi Maliyyə Nazirliyinin fəaliyyət sahələrinə aid edilib, rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməklə Nazirliyin fəaliyyət sahələri üzrə səmərəli icra və nəzarət mexanizminin formalaşdırılması üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılıb. Eyni zamanda, publik hüquqi şəxslər xəzinə müşayiətinə cəlb edilib, dövlət müəssisələrinin bütün bank hesablarına xəzinə müşahidə mexanizminin yaradılması, dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsinin təşkili, həmçinin dövlət müəssisələrinin vəsaitlərinin təyinatı üzrə, məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsi Maliyyə Nazirliyinə həvalə edilib.
Bundan başqa, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılaraq, onun əsasnaməsi təsdiq edilib. Həmçinin, Nazirliyin və strukturuna daxil olan digər qurumların əsasnamələrinə yeni səlahiyyətlərin əks etdirilməsi üçün müvafiq dəyişikliklər edilib.
Nazir Sahil Babayev hüquqi akt layihələrinin icra prosesinin daha da təkmilləşdirilməsi və elektron nəzarət mexanizmlərinin tətbiqinin vacibliyini qeyd edib. Bu çərçivədə layihələrin elektron sənəd dövriyyəsi sistemi ilə yanaşı “Normativ hüquqi aktlar” informasiya sistemi vasitəsilə icrası, gecikmə hallarının araşdırılması və icra yükünün balanslaşdırılması məqsədəuyğun hesab olunub. Eyni zamanda, kollegiyanın sədri razılaşdırma prosedurlarının sadələşdirilməsi, maliyyə-iqtisadi əsaslandırmaların təqdim olunması tələbinin qanunvericilikdə əks etdirilməsi ilə bağlı təkliflərin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verib.
Kollegiya iclasında həmçinin, Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti və hesabatlarla bağlı məsələlər haqqında təqdimat nümayiş etdirilib və müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























