BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
Bu gün BP şirkəti "Shafag Jabrayil Solar Limited"dəki (SJSL) 10 %-lik iştirak payını "MVM Energetika Zrt." (MVM) şirkətinə satıldığını elan edib.
Bununla BP-nin Cəbrayıl rayonunda həyata keçirdiyi mühüm günəş enerjisi layihəsini maliyyələşdirən birgə müəssisədəki tərəfdaşlıq daha da güclənmiş olur.
Beləliklə, "Şəfəq" günəş enerjisi layihəsində paylar indi belədir: BP 40,01 %, "SOCAR Green" 39,99 %, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) 10 % və MVM 10 % təşkil edir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib ki, "Şahdəniz" layihəsindəki uğurlu əməkdaşlığımızın davamı olaraq MVM şirkətinin "Şəfəq" günəş enerjisi layihəsi üzrə birgə müəssisəyə qoşulmasından çox məmnundurlar: "MVM bu layihəyə enerji sistemlərinin istismarı və ötürülməsinin idarə edilməsi sahəsində öz geniş təcrübəsi ilə gəlir. İnanırıq ki, onların bu birgə müəssisəyə qoşulması ilə elə bir əməkdaşlıq nümunəsi yaranır ki, orada biz layihənin ümumi dəyərini, dayanıqlılığını və uzunmüddətli fəaliyyətini daha da artırmaq məqsədilə bir-birimizdən öyrənə bilərik".
"Şəfəq" günəş enerjisi layihəsi ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib - layihə üzrə əsas müqavilələr imzalanıb, tikinti işləri artıq başlayıb və panellərin ölkəyə gətirilməsi qrafikə uyğun davam edir. Layihə üzrə aparılan tikinti işlərində yerli resurslardan maksimum istifadə etmək əsas öhdəliklərdən biridir - işlərin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.
Layihə çərçivəsində tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. Cəbrayılda inşa olunan bu 240 MVt gücündə stansiyanın ildə təxminən 500 QVt/saat bərpa olunan enerji istehsal edəcəyi gözlənilir.
Qeyd edək ki, "Şəfəq" günəş enerjisi layihəsi Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı "AzərEnerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.
"BP-nin strategiyası "upstream" fəaliyyətlərini artırmaq, "downstream" biznesində diqqəti seçilmiş sahələrə yönəltmək və enerji keçidinə öz investisiyasını intizamla aparmaqla səhmdarlar üçün uzunmüddətli dəyəri artırmaqdır", - məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
- 20 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Böyük planlarınız üçün böyük kredit Expressbankda
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
Ən çox oxunanlar
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu






.jpg)
.jpg)











.jpg)

