Əmək haqqı kartı sahiblərinə kredit təklif olunur
VTB (Azərbaycan) bankın əmək haqqı kartı sahiblərinə 300 - 5000 manat məbləğində kredit təklif edir. Bu zaman krediti almaq üçün zamin yalnız məbləğ 3500 manatdan yuxarı olduğu halda tələb olunur.
Verilən kreditin maksimal həcmi borcalanın əmək haqqının dörd mislinə bərabərdir. Kredit üzrə faiz dərəcəsi illik 28% təşkil edir. Kreditin müddəti – 6 aydan 24 ayadəkdir.
Kredit almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir – bank borcalandan əlavə sənəd tələb etmir.
Bank VTB (Azərbaycan)-ın Əmək haqqı layihəsi maaş, eləcə də digər daimi və birdəfəlik gəlirlərin şirkət əməkdaşlarının hesabına asan və sürətli köçürmə üsuludur. VTB (Azərbaycan) kartı ilə əmək haqqı alan müştərilər yerli Accessbank, PashaBank, VTB qrup bankları olan VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), həmçinin Rusiyadakı VTB24 və Poçt Bank daxil olan güzəştli bankomat şəbəkəsindən sərfəli tariflərlə istifadə edə bilər.
Əlavə məlumatı bankın ofislərinə və ya 986 qısa nömrəsi ilə Çağrı Mərkəzinə müraciət edərək əldə etmək mümkündür.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
9 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















