Daha bir ABŞ restoranı Azərbaycan bazarına daxil olur
Münasib qiymətlə sendviçlər təqdim ediləcək.ABŞ-ın restoranlar şəbəkəsi "Subway", "N Sky Build" şirkətilə Master Françayzinq Razılaşması imzalyıb.
Marja.az "Subway" şirkətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu razılaşma brendin Azərbaycana daxil olmasını təmin edəcək.
Yeni razılaşmaya əsasən, "N Sky Build" Azərbaycanda bütün Subway restoranlarının idarə edilməsi və inkişafı üzrə eksklüziv hüquqlara sahib olacaq.
"Qonaqpərvərlik, pərakəndə ticarət, eləcə də qida və içki daxil olmaqla əsas sahələrdə bir neçə beynəlxalq brendin operatoru kimi 20 ildən artıq təcrübəyə malik olan "N Sky Build" komandası Subway-in inkişafını sürətləndirmək və brendin ölkədə mövqeyini formalaşdırmaq üçün unikal imkanlara malikdir",- məlumatda bildirilir.
“Azərbaycan Subway üçün həyəcanverici inkişaf imkanları təqdim edir və "N Sky Build" bu ambisiyamızı reallaşdırmaq üçün ideal tərəfdaşdır,” – deyə Subway-in Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Treysi Gelan bildirib və əlavə edib: “Onların dərin bazar bilikləri və sübut olunmuş əməliyyat mükəmməlliyi bizə ölkə üzrə strateji şəkildə genişlənməyə və qonaqlara müstəsna təcrübə təqdim etməyə imkan verəcək.”
“N Sky Build üçün Subway ilə bu tərəfdaşlıq biznesimizdə yeni və həyəcanverici bir mərhələnin başlanğıcıdır,” – deyə "N Sky Build"in sədri Nuri Qaragöz bildirib və belə davam edib: “Bu razılaşma Azərbaycana olan inamımızın göstəricisidir və biz Subway təcrübəsini ölkə üzrə qonaqlara təqdim edəcəyimiz üçün qürur duyuruq.”
Qlobal sendviç lideri olan Subway, dünyada hər gün təxminən 37 000 restoranda milyonlarla qonağa münasib qiymətlə təzə hazırlanmış sendviçlər təqdim edir. Subway restoranları minlərlə Subway françayzi tərəfindən idarə olunur.
Xəbər verdiyimiz kimi, ABŞ markası “Popeyes”in də Bakıdaa restoranı açılacaq. Belə ki, “Popeyes” və “MOK Group”, “Popeyes” restoranının Azərbaycanda açılacağını elan ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər













.jpg)







