Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“AzerGold” qızılın bahalaşmasına münasibət bildirdi

“AzerGold”: Qızılın qiymətinin artıması dağ-mədən sənayesi və xüsusilə qiymətli metal istehsalı ilə məşğul olan şirkətlər üçün yeni imkanlar formalaşdırır. Mövcud bazar şəraiti “AzerGold” üçün ixrac potensialının genişləndirilməsi və satış gəlirlərinin artırılması baxımından imkanlar yaradır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold” qızılın bahalaşmasına münasibət bildirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qızıl qiymətləri əmtəə bazarlarında rekord səviyyəyə yüksəlməkdə davam edir. Bu gün əmtəə bazarlarında qızılın fyuçers müqavilələrinin qiyməti 1 troya unsiya üçün 5 500 ABŞ dollarını ötüb. Dünya bazarında gümüşün qiyməti də rekord səviyyədə artmaqda davam edir. Hazırda gümüşün fyuçers müqavilələrinin qiyməti 117 dolları keçib və 1 unsiya üçün 120-dollar həddinə yaxınlaşır.

Qızıl və gümüş qiymətlərinin rekord səviyyəyə yüksəlməsi və qiymətli metallar bazarındakı dinamik mühit fonunda Azərbaycanda əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olan “AzerGold” QSC-ə sorğu ilə müraciət edilib. Sorğuya cavab olaraq, şirkət bazarın indiki durumunu, gələcək perspektivləri və hazırkı şəraitdə görülən tədbirlərlə bağlı öz mövqeyini açıqlayıb.

Onu da əlavə etmək lazımdır ki, “AzerGold” QSC 2019-cu ildən etibarən ilk dəfə olaraq yerli qızıl və gümüş xammalından hazırlanan sikkə və külçələri pərakəndə bazarda satışa təqdim edib. Cəmiyyətin Satış və mübadilə mərkəzi 2021-ci ildən etibarən fəaliyyətə başlayıb.

- “AzerGold” dünya qiymətli metallar bazarındakı mövcud vəziyyəti necə dəyərləndirir?

- Dünya qiymətli metallar bazarında qiymətlərin yüksəlməsi qlobal maliyyə-iqtisadi böhranlar, geosiyasi gərginliklər və ümumi qeyri-müəyyənliklər fonunda ciddi çağırış kimi qiymətləndirilir. Belə şəraitdə qiymət artımı bir tərəfdən qlobal inflyasiyanın dərinləşməsinə, istehsal və maliyyə xərclərinin artmasına, digər tərəfdən isə beynəlxalq bazarlarda volatilliyin güclənməsinə səbəb olur. Bu amillər bir çox sahələr üçün risklər yaratsa da, dağ-mədən sənayesi və xüsusilə qiymətli metal istehsalı ilə məşğul olan şirkətlər üçün yeni imkanlar formalaşdırır. Bu baxımdan, dağ-mədən şirkətləri, o cümlədən “AzerGold” QSC üçün mövcud vəziyyət dinamik və strateji baxımdan əlverişli mərhələ kimi dəyərləndirilir. Mövcud bazar şəraiti “AzerGold” üçün ixrac potensialının genişləndirilməsi və satış gəlirlərinin artırılması baxımından imkanlar yaradır.

- Ümumiyyətlə, 2025-ci ildə şirkət hansı həcmdə qızıl və gümüş satıb?

- Ötən il ərzində dövlət şirkəti beynəlxalq və yerli bazarlarda ümumilikdə 73,2 min unsiya qızıl və 93,2 min unsiya gümüş satışı həyata keçirib. Bu satışlardan əldə olunan ümumi gəlir 439,3 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 43 faiz çoxdur. Fəaliyyətə başladığı dövrdən etibarən mənfəətlə çalışan “AzerGold” QSC ümumilikdə 560,5 min unsiya qızıl və 1,04 milyon unsiya gümüşün satışını həyata keçirərək ölkə iqtisadiyyatına 1,9 milyard manat dəyərində vəsait cəlb edib.

- Şirkət mövcud şəraitdə hansı tədbirləri görür və hansı strategiyaya əməl edir?

- “AzerGold” QSC qlobal bazar konyunkturasını sistemli şəkildə təhlil edərək istehsal, satış və kommersiya strategiyasını beynəlxalq trendlərə uyğunlaşdırır, eyni zamanda dağ-mədən layihələri üzrə portfelinin şaxələndirilməsi və beynəlxalq bazarlarda mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirir.

Qızılın və digər qiymətli metalların qiymətinin artması fonunda beynəlxalq investorların dağ-mədən sənayesinə marağı əhəmiyyətli dərəcədə yüksəlir. İnvestorlar bu sahəni qlobal inflyasiya və maliyyə riskləri şəraitində daha dayanıqlı və etibarlı investisiya istiqaməti kimi görürlər.

Dövlətin strateji baxışının və resursların səmərəli istifadəsinə yönəlmiş uğurlu siyasətinin tərkib hissəsi olaraq, “AzerGold” QSC tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da daxil olmaqla, ölkəmizin digər ərazilərini əhatə edən filiz yataqları və mineral təzahür sahələri üzrə geoloji kəşfiyyat proqramı icra edilir. Bu proqramın əsas missiyalarından biri dağ-mədən sahəsinə potensial investorların cəlb edilməsidir. Bu məqsədlə müasir tədqiqat metodlarının tətbiqi ilə yeni perspektivli mineral-xammal potensialının müəyyənləşdirilməsi, mövcud yataqlarda ehtiyatların yenidən qiymətləndirilməsi istiqamətində intensiv işlər görülür.

- Daxili pərakəndə bazarda vəziyyət necədir, xüsusən də “AzerGold”un təqdim etdiyi məhsullar üzrə?

- Bildiyiniz kimi, “AzerGold” QSC 2019-cu ildən etibarən yerli pərakəndə bazara qızıl və gümüşdən hazırlanan, maddi dəyərlə yanaşı, mənəvi və simvolik mənalar daşıyan geniş məhsul portfeli - sikkələr və külçələr təqdim edir.

“Made in Azerbaijan” brendini təşviqinə xidmət edən bu məhsullar ötən dövr ərzində yerli bazarda kifayət qədər maraq doğurub, xüsusilə də hədiyyə seçimi kimi daha çox üstünlük verilən sikkə məhsulları milli kimliyi əks etdirməsi, eləcə də estetik baxımdan yüksək səviyyədə hazırlanması ilə böyük rəğbət qazanıb.

Külçə məhsullarına gəlincə isə, 1 qramdan – 1 kiloqramadək çəkilərdə hazırlanan, keyfiyyət sertifikatı ilə təmin edilən məhsullarımız yerli pərakəndə bazarda tələbatlı, sərfəli investisiya aləti kimi mövqe tutub. Cəmiyyətin tətbiq etdiyi gerialış mexanizmi isə sözügedən məhsulların likvidlik imkanlarını bir qədər də genişləndirərək davamlı tələbatı artırıb. Əlavə olaraq, qızılın qiymətində müşahidə olunan artım mövcud tələbatın daha da artmasına səbəb olub.

Belə ki, 2025-ci il üzrə qızıl məhsullarının satış həcmi 2024-cü illə müqayisədə 39%, gümüş məhsullarının satış həcmi isə 170% artıb. Ümumilikdə, 2025-ci ildə pərakəndə satışdan əldə edilən gəlir əvvəlki illə müqayisədə 103% artaraq 41,2 mln. manat təşkil edib.

İş elanları AzVak.az-da

© APA

qızıl-qiymətləri əmtəə bazarları rekord səviyyə qızıl fyuçers müqavilələri troya unsiyası gümüş qiymətləri gümüş fyuçersləri qiymətli metallar bazarı bazar volatilliyi APA-Economics AzerGold QSC dağ-mədən sənayesi qızıl və gümüş istehsalı geosiyasi gərginliklər qlobal maliyyə-iqtisadi böhranlar inflyasiya təzyiqləri ixrac potensialı satış gəlirləri 2025-ci il satışları kommersiya strategiyası beynəlxalq bazar konyunkturası investisiya marağı Qarabağ iqtisadi rayonu Şərqi Zəngəzur geoloji kəşfiyyat proqramı mineral-xammal potensialı investorların cəlbi pərakəndə bazar yerli qızıl və gümüş məhsulları sikkələr və külçələr Made in Azerbaijan
29.01.2026 14:25

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18