Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) qlobal internet performans qiymətləndirici platforması olan “Ookla”nın metodologiyası əsasında sabit genişzolaqlı internet üzrə provayderlərin 2025-ci ilin dekabr ayı üzrə internet sürət göstəricilərini dərc edib.

Marja.az xəbər verir ki, İKTA  2025-ci ilin Dekabr ayı üçün Azərbaycan üzrə Sabit Genişzolaqlı İnternet Xidmәtlәri üzrә Tәhlil  (“Speedtest Intelligence” məlumatları əsasında) Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Siyahıya görə, yüksək sürət Aztelekom, Azeronline, Citynet, FiberNET, Sazz-da, orta sürət Ailə TV, Alnet, ARTKOM AzFiberNet, Aznet BeeOnline, Bline Bulud Telecom, Caspian Telecom Connect CJSC, GSP KATV 1, Metronet Netpoint, Rahat Telekom Selnet, SHAKH Telecom SparkTel, TransEuroCom-da, aşağı sürət Delta Telecom Azerbaijan, FlexNET, Nest Fiber, Smart Online və Teleport-dadır.

Ötən ay olduğu kimi təqdimat 3 kateqoriyalı rənglənmiş sürət təsnifatı əsasında hazırlanıb. Vizual formatda provayderlərin fərdi internet sürəti (Mbps) göstəriciləri dərc olunmur. Onun əvəzinə, istifadəçilərin müqayisəni daha rahat aparması üçün “Ookla”nın rəsmi saytında əks olunan provayderlərin median internet sürətinə əsasən üç kateqoriyaya bölünüb:

Yüksək Sürət — 90+ Mbps

Yüksək sürət təqdim edən provayderlər.

Orta Sürət — 50–89 Mbps

Orta sürət təqdim edən provayderlər.

Aşağı Sürət — 1–49 Mbps

Aşağı sürət  təqdim edən provayderlər.

Bu yanaşma istifadəçilərə bazarın ümumi mənzərəsini daha aydın, qısa və vizual olaraq təkmilləşmiş formada görməyə imkan verir. Kateqoriyalar OOKLA Speedtest Intelligence platformasından əldə edilən median ölçmə nəticələrinə əsaslanır və İKTA tərəfindən təsnif edilərək təqdim olunub.

“Ookla”nın rəsmi reytinq sisteminə yalnız geniş nümunə payı və tam metodoloji uyğunluğu olan provayderlər daxil edilir. Lakin İKTA tərəfindən dərc olunan cədvəldə ölkədə fəaliyyət göstərən, “Ookla” tərəfindən qeydə alınan  bütün provayderlər əhatə olunub.

Provayderlərin təqdim etdikləri və “Ookla” sürət ölçümü (Speedtest) aləti vasitəsilə aparılan ölçmələrdən müəyyən edilən sürət kateqoriyalarına görə qruplaşdırılması ölkə üzrə internet performansının inkişaf dinamikasının daha aydın görülməsinə imkan yaradır.

İKTA hesab edir ki, bu cür analitik və vizual təqdimat modeli tənzimləyici fəaliyyətin dəstəklənməsi, provayderlərin xidmət göstəriciləri üzrə sağlam rəqabətinin təşviqi və istehlakçıların internet sürəti həddi seçimi baxımından mühüm rol oynayır.

Agentlik “Ookla” ilə əməkdaşlığı davam etdirərək internet keyfiyyəti üzrə milli indikatorların mütəmadi yenilənməsini və analitik monitorinqin genişləndirilməsini planlaşdırır.

İKTA İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi Ookla Speedtest Intelligence Azərbaycan internet sürəti sabit genişzolaqlı internet internet provayderləri Azərbaycan 2025 dekabr internet sürəti internet sürət göstəriciləri genişzolaqlı internet analizi internet performansı Azərbaycan provayder sürət reytinqi yüksək sürətli internet orta sürətli internet aşağı sürətli internet Mbps internet sürəti internet keyfiyyəti monitorinqi telekommunikasiya tənzimlənməsi İKTA internet hesabatı Azərbaycan provayder müqayisəsi Speedtest ölçmələri internet bazarının inkişafı provayder rəqabəti istehlakçı üçün internet seçimi milli internet indikatorları
19.01.2026 16:47

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18