Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Nazirlər Kabineti 2026-cı il üzrə balıq və digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarını (kvotasını), habelə balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünü təsdiq edib.

Bu barədə Marja.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Reklam_3_11

Qeyd edilib ki. balıq və digər su bioresurslarının sənaye və əmtəə məqsədli akvakultura ovu üçün kvota almaq istəyən, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə, digər rayonlar üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər isə ən yaxın “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidirlər.

Quba “ASAN xidmət” mərkəzi

– Xaçmaz, Şabran, Siyəzən

Salyan “ASAN xidmət” mərkəzi

– Neftçala, Salyan, Biləsuvar, Şirvan

Gəncə (2 saylı) “ASAN xidmət” mərkəzi

– Mingəçevir, Gəncə, Yevlax, Samux, Şəmkir

Lənkəran “ASAN xidmət” mərkəzi

– Astara, Lənkəran, Masallı

Kvota almaq üçün tələb olunan sənədlərin siyahısı və nümunəvi formaları ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər bir balıqovlama biletinə görə 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu tutulur.

Qeyd edək ki, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, eləcə də elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir. Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər kvota ayrılmış ərizəçi tərəfindən həyata keçirilməli, ödənişi təsdiq edən sənəd isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə təqdim edilməlidir.    

2026-cı ildə balıq və digər su bioresurslarının sənaye, əmtəə məqsədilə akvakultura, təhsil və maarifləndirmə məqsədilə ovuna görə Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün müəyyən edilmiş ödəniş qiymətləri

Azərbaycan balıq su bioresurs ov kvota 2026 sənaye əmtəə akvakultura Kənd Təsərrüfatı Nazirliyi Balıqçılıq Akvakultura Mərkəzi ASAN xidmət Bakı Sumqayıt Abşeron Quba Xaçmaz Şabran Siyəzən Salyan Neftçala Biləsuvar Şirvan Gəncə Mingəçevir Yevlax Samux Şəmkir Lənkəran Astara Masallı dövlət rüsum 25 manat bərpa elmi-tədqiqat nəzarət idman həvəskar ödəniş ərizəçi hüquqi fiziki şəxslər təhsil maarifləndirmə ödəniş qiymətləri qaydalar sənədlər ərizə nümunəvi formalar
16.01.2026 16:39

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18