Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank “BTB” 2025-ci ilin 4-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Bank “BTB”nin yaydığı press-relizdə bildirilir ki, ötən il ərzində bank əsas göstəricilər üzrə müsbət dinamikanı qoruyub saxlaya bilmişdir.

Reklam_3_11

Beləliklə, 2025-ci il ərzində bankın xalis əməliyyat mənfəəti 2024-cü ilin nəticələri ilə müqayisədə 11% artaraq 5.9 milyon manata çatmışdır. Eyni dövr ərzində Bankın xalis faiz gəlirləri 16% artaraq 14.2 milyon manat, qeyri-faiz gəlirləri 20% artaraq 7.3 milyon manat təşkil etmişdir. Beləliklə Bank 2025-ci ili 2.4 milyon manat xalis mənfəətlə yekunlaşdırmışdır.

Qeyd edilib ki, bank ipoteka kreditləri üzrə mövqeyini qoruyur və sabit artımı nümayiş etdirməkdə davam edir. 2025-ci ilin 12 ayı ərzində  173 şəxsə 16.7 milyon manat həcmində ipoteka üzrə  kredit  verilmişdir. Bunlardan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 123 müştəriyə 13.2 milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 50 müştəriyə 3.5 milyon manat həcmində kreditlər rəsmiləşdirmişdir. 

2025-ci ilin sonuna Bankın məcmu kapitalı 4.3% artaraq 53.3 milyon manat təşkil etmişdir, bu da  Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 23.2% təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10.5%) əhəmiyyətli dərəcədə üstələyir. 

QEYD: Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb) səhifələrinə, eləcə də 055 4400 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Bank BTB Bank BTB ASC 2025 maliyyə göstəriciləri xalis əməliyyat mənfəəti xalis mənfəət faiz gəlirləri qeyri-faiz gəlirləri ipoteka kreditləri ipoteka krediti artımı Azərbaycan ipoteka fondu Mənzil İnşaatı Dövlət Agentliyi kredit portfeli bank kapitalı məcmu kapital kapital adekvatlığı Mərkəzi Bank tələbi bank maliyyə hesabatı maliyyə dayanıqlılığı Azərbaycan bank sektoru bank xidmət nöqtələri Bakı bank Gəncə bank Sumqayıt bank korporativ bankçılıq pərakəndə bankçılıq Marja.az xəbər bank xəbərləri maliyyə göstəriciləri bank reytinqi Azərbaycan maliyyə sektoru
15.01.2026 10:31

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18