AccessBank müştərilərinə VİP xidmət təklif edir
Artıq, AccessBank-ın “Lounge Key” xidmətilə hava limanında gözləmə vaxtını zövqlə keçirəcəksiniz
“Lounge Key” – Bakıda 3 olmaqla, bütün dünya üzrə hava limanlarında yerləşən 850-dən artıq lounge zallarına əvvəlcədən sifariş və ya ödəniş etmədən asan və rahat giriş imkanını yaradan beynəlxalq proqramdır.
İndi “Lounge Key” proqramı sayəsində, Siz uçuş zamanı istifadə etdiyiniz aviaşirkətdən və xidmət sinfindən asılı olmayaraq, sadəcə, AccessBank-ın Visa Platinum və ya Visa Infinite premium kartını təqdim etməklə lounge zonasına daxil olmaq imkanını əldə edəcəksiniz. Burada yaradılan şərait Sizin gözləmə vaxtınızı zövqlə keçirməyə imkan verir.
Hər şey çox sadə və rahatdır. Sakit və rahat “Lounge Key” zalında qəlyanaltı etmək, dincəlmək və ya işləmək, telefondan, faksdan, İnternetdən istifadə etmək, yeni qəzetləri oxumaq və s. mümkündür. “Lounge Key” zalından bir nəfərin istifadə etməsi- 27 ABŞ dollarıdır. Ödəniş lounge zalındakı qəbul masasında, kart vasitəsi ilə həyata keçirilir. Lounge zalına Sizinlə bərabər qonaqlarınız da daxil ola bilər. Lounge zalına dəvət oluna biləcək qonaqların sayı hər bir konkret “Lounge Key” zalının şərtlərindən asılıdır.
Bu və ya digər hava limanında "Lounge Key" lobbi zonasının mövcudluğu haqqında məlumatı, eləcə də xidmətlərin və şərtlərin tam siyahısını (yerləşmə şərtləri, iş saatları və istifadə xüsusiyyətləri) aşağıdakı mənbələrdən əldə etmək mümkündür:
-Lounge Key saytından;
-Lounge Key (iOS, Android, Windows) mobil əlavəsindən;
-Lounge Key Çağrı Mərkəzindən.
AccessBank-dan Visa Platinum və ya Visa Infinite premium kartını sifariş verin və müstəsna olduğunuzu hiss edin!
Daha ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindən, facebook və twitter səhifələrindən və yaxud 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
36 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























