Venesuela nə qədər neft ehtiyatına malikdir?
ABŞ Prezidenti Donald Trampın Venesuelaya qarşı həyata keçirilən hücumlardan sonra dünyanın ən böyük neft ehtiyatlarına sahib olan ölkənin neft sənayesinə “çox güclü şəkildə” daxil olacaqlarını açıqlaması Venesuelanın neft resurslarını yenidən gündəmin mərkəzinə gətirib.
Tramp administrasiyası aylarla davam edən intensiv iqtisadi və hərbi təzyiqlərdən sonra Venesuela Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı hücum həyata keçirib, Maduro və həyat yoldaşı ələ keçirilərək ölkədən çıxarılıb.
ABŞ-nin paytaxt Karakasa yönəlmiş hücumları Venesuelanın siyasi gələcəyi ilə yanaşı, ölkənin neft sənayesi ilə bağlı qeyri-müəyyənlikləri də artırıb.
Tramp hücumlar və Maduronun ələ keçirilməsi ilə bağlı dünən keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ böyük neft şirkətlərini ölkədə fəaliyyətə cəlb edəcək, milyardlarla dollar xərcləyərək neft infrastrukturunu bərpa edəcək və bunun iqtisadi qazanc gətirəcəyini düşünür.
ABŞ administrasiyasının Venesueladakı hücumlarından sonra Trampın ölkənin neft sənayesinə “çox güclü şəkildə” daxil olacaqlarını vurğulaması Venesuelanın neft ehtiyatlarını yenidən gündəmə gətirib.
Dünyanın ən böyük neft ehtiyatı
Venesuela dünyada ən böyük sübut olunmuş neft ehtiyatlarına malik olmasına baxmayaraq, sıradan çıxmış infrastruktur, beynəlxalq sanksiyalar və investisiya çatışmazlığı səbəbindən potensialından xeyli aşağı səviyyədə hasilat həyata keçirir.
Marja.az-ın müxbirinin ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatları əsasında hazırladığı məlumatlara görə, Venesuela 2023-cü il etibarilə təxminən 303 milyard barel ilə dünyanın ən böyük sübut olunmuş xam neft ehtiyatlarına sahibdir. OPEC-in məlumatına görə də, Venesuelanın 2024-cü ildə təxminən 303 milyard barel neft ehtiyatına malik olub.
Bu həcm qlobal neft ehtiyatlarının təxminən 17 faizini təşkil edir.
Venesuelanın sübut olunmuş neft ehtiyatlarının böyük hissəsi Orinoko Qurşağında yerləşən ekstra-ağır xam neftdən ibarətdir. Bu tip neftin çıxarılması isə beynəlxalq neft şirkətlərinin malik olduğu qabaqcıl texniki bilik və texnologiyalar tələb edir.
Ehtiyatların böyüklüyünə baxmayaraq, Venesuelanın 2023-cü ildə qlobal xam neft hasilatında payı təxminən 0,8 faiz olub.
Ölkə 2023-cü ildə gündəlik 742 min barel neft hasil edib ki, bu da 2013-cü illə müqayisədə 70 faiz azalma deməkdir.
Beynəlxalq neft şirkətlərinin ölkədəki fəaliyyəti sanksiyalar səbəbindən məhdud qalır. Venesuelanın dövlət neft şirkəti PDVSA-nın büdcə məhdudiyyətləri, ixtisaslı texniki kadr çatışmazlığı və birbaşa xarici investisiyaların yetərsizliyi neft və qaz sahəsində inkişaf fəaliyyətlərinə mənfi təsir göstərir.
Xüsusilə sabiq Prezident Uqo Çaves və Maduro dövrlərində PDVSA-nın müxtəlif sosial proqramların maliyyələşdirilməsi üçün intensiv istifadə olunmasının şirkət üzərində dövlət nəzarətini artırdığı, mənfəətin yenidən investisiyalara yönəldilməsini məhdudlaşdırdığı və bunun da neft hasilatının azalmasında mühüm rol oynadığı qeyd olunur.
Çin Venesuela neftinin ən böyük alıcısıdır
Venesuela İran, İraq, Küveyt və Səudiyyə Ərəbistanı ilə birlikdə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qurucu üzvləri sırasındadır.
1970-ci illərdə neft sənayesini milliləşdirərək PDVSA-nı quran ölkə, 1990-cı illərdə sektoru xarici investorlar üçün açmağa yönəlik addımlar atıb.
Lakin 1999-cu ildə Uqo Çavesin prezident seçilməsindən sonra dövlətin neft sənayesindəki payı artırılıb. Çaves hakimiyyəti yeni və mövcud layihələrdə vergi və lisenziya haqlarını yüksəldib, bütün neft layihələrində PDVSA-nın nəzarət payına sahib olmasını məcburi edib.
Çaves 2007-ci ildə xarici neft şirkətlərinin layihələrini dövlət nəzarətinə götürüb, nəticədə Exxon Mobil və ConocoPhillips kimi şirkətlər ölkəni tərk edib.
Venesuelada fəaliyyətini davam etdirən yeganə ABŞ neft şirkəti olan Chevron isə ABŞ Xəzinə Nazirliyindən aldığı məhdud lisenziya əsasında ölkədə işləyir.
Sektordakı mənfi mənzərəyə baxmayaraq, neft ixracı Venesuelanın əsas gəlir mənbəyi olaraq qalır.
Keçmişdə ABŞ Venesuela neftinin ən böyük alıcısı olduğu halda, sanksiyaların tətbiqindən sonra Çin ölkənin ən böyük neft müştərisinə çevrilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
1 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
1 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
1 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”


















