Azərbaycanda Özəl Sənaye Məhəlləsi dövlət qeydiyyatına alınıb - ŞİRKƏTLƏR BURADA REZİDENT OLA BİLƏRLƏR
İqtisadiyyat Nazirliyi "Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsini dövlət qeydiyyatına alıb.
Abşeron Logistika Mərkəzinin layihəsi olan "Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsinin yaradılma məqsədi ölkədə sənaye ekosistemini gücləndirmək, innovativ texnologiyaların tətbiqini təşviq etmək və sahibkarlara yüksək səmərəliliklə fəaliyyət göstərə biləcəkləri funksional biznes mühiti təqdim etməkdir.
Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən Biznes Park istehsal, emal və anbar əməliyyatlarının maksimum səmərəli və sürətlə həyata keçirilməsinə imkan verir.
Biznes Park Abşeron Özəl Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarlar aşağıdakı imtiyazlardan faydalana bilərlər:
• İstehsal texnologiyasını qısa zamanda hazır infrastrukturda yerləşdirmək;
• Gömrük rejimlərindən effektiv şəkildə istifadə etmək;
• Özəl Sənaye Məhəlləsində rezidentlik şəhadətnaməsi əldə etməklə, İnvestisiya Təşviqi Sənədi üzrə aşağıdakı güzəştlərdən yararlanmaq:
- mənfəət vergisinin 50%-i həcmində güzəşt,
- istehsal üçün gətiriləcək avadanlıqlara görə idxal gömrük rüsumu və ƏDV-dən 100% azadolma;
• Abşeron Logistika Mərkəzinin logistik xidmətlərindən faydalanmaq.
“Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsinin rezidenti olmaq üçün əlaqə:
+994 50 555 52 52
+994 12 404 76 00
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























