2026-cı ilin dövlət büdcəsi qəbul edildi
3 milyard 94 milyon 600 min manat kəsir! 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon 600 min manatdır.Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon 600 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 milyard 850 milyon 712 min manat, yerli gəlirləri 758 milyon 288 min manat, mərkəzləşdirilmiş xərcləri 40 milyard 944 milyon 465 min manat, yerli xərcləri 759 milyon 135,0 min manat) məbləğində proqnozlaşdırılır.
Azərbaycan Respublikasının 2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 milyard min manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 3 milyard min manat məbləğində təsdiq ediləcək.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 94 milyon 600 min manat məbləğində nəzərdə tutulur.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























