Balakəndə sərnişin kanat yolunun inşası bu şirkətə həvalə olundu - 10,4 MİLYON MANATLIQ TENDER
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Balakən rayonunda sərnişin kanat yolunun inşası ilə bağlı elan olunmuş tenderin qalibi “ArchiCO” MMC şirkəti olub.
Marja.az Şirkətə istinadən xəbər verir ki, Layihə çərçivəsində kanat yolunun avadanlıqlarının alınması və çatdırılması, həmçinin inşa və layihələndirmə işləri məhz bizim şirkətə həvalə olunub.
Ümumi dəyəri 10 milyon 421 min 760 manat olan layihənin 30 dekabr 2026-cı il tarixində tamamlanması planlaşdırılır.
"Şirkətimizin kanat yolları sahəsində beynəlxalq təcrübəyə malik olması, bu istiqamətdə ixtisaslaşdığımızın aydın göstəricisidir. Şahdağ Turizm Kompleksində uğurla icra etdiyimiz 10 kanat xətti layihəsi, Laçın Kanat Yolu kimi strateji əhəmiyyətli layihələr bu sahədəki peşəkarlığımızın və etibarlılığımızın real sübutudur",- Şirkətin məlumatında deyilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 8 may 2024-cü il tarixli sərəncamına əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi üçün Prezidentin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat ayrılıb.
Bu layihə bölgənin turizm infrastrukturunun gücləndirilməsi və iqtisadi inkişafına töhfə verəcək mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















