Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
(®) Xalq Bank müştərilərinə etibarlı və çevik investisiya imkanları təqdim etməyə davam edərək yeni xidməti istifadəyə verib.
Artıq fiziki və hüquqi şəxslər Xalq Bankda qızıl və gümüş metallarından əlavə, fiziki olmayan platin (XPT) və palladium (XPD) metalına yatırımın edilməsindən yararlana bilərlər.
Hazırda qiymətli metal hesabı ən effektiv investisiya alətlərindən biri hesab edilir. Xalq Bankın təqdim etdiyi xidmətdən faydalanmaqla müştərilər sərmayelərini etibarlı şəkildə idarə edə bilərlər. Bu zaman pul vəsaitləri Bankın daxili məzənnəsi ilə qiymətli metala dəyişdirilir və cari metal hesabında saxlanılır. İstənilən vaxt hesabda olan metal qalığı satılaraq yenidən pul vəsaitinə çevrilə bilər.
Qeyd edək ki, Xalq Bankda qiymətli metal hesablarının açılması pulsuzdur və hesaba ilkin mədaxil məbləği tələb olunmur. Bankla bağlanılan bir əqd üzrə qiymətli metalın miqdarı min. 1 XAU/XAG/XPT/XPD təşkil etməlidir.
Müştərilər xidmətdən yararlanmaq üçün Xalq Bankın filiallarına müraciət edə bilərlər.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
BOKT "Caspian İnvest" Ulu Öndər Heydər Əliyevin 22-ci anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
-
11 d. əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
-
49 d. əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
-
56 d. əvvəl
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
- 57 d. əvvəl
-
1 saat əvvəl
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
- 2 saat əvvəl
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord
Ən çox oxunanlar
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
"Rubl təxminən 10% ucuzlaşa bilər"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda 2000-ci ildən bu yana pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb
Ümummilli Lider Heydər Əliyevin anım günüdür
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
FİNCA-nın dollar istiqrazarı barədə qərar verildi













.jpg)









.jpg)
