"ABB Invest"in Baş icraçı direktoru bazarın inkişafı üçün fikirlərini bölüşdü
"Hazırda Azərbaycan Fond Birjasında səhmlərin ticarət dövriyyəsinin 95%-dən çoxu ABB-nin səhmlərinin payına düşür. Bu isə bazarda alternativ alətlərin artmasına olan ehtiyacı bir daha göstərir"19–20 noyabr tarixlərində Bakıda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumu nağdsız iqtisadiyyat, rəqəmsal transformasiya, fintech ekosistemi və maliyyə dayanıqlığı kimi mövzuların müzakirəsi üçün geniş platforma yaratdı.
Forumda çıxış edən "ABB Invest"in Baş icraçı direktoru Nadir Babazadə son emissiyaların uğurlu nəticələrindən danışaraq investisiya proseslərinin elektronlaşmasının vacibliyini xüsusi vurğuladı. O qeyd etdi ki, rəqəmsal mühitdə investisiya xidmətlərinin əlçatanlığının artırılması bazarın inkişafının əsas hərəkətverici qüvvələrindən biridir.
Nadir Babazadə həmçinin yerli bazarda yeni maliyyə alətlərinin dövriyyəyə buraxılmasının zəruriliyinə toxundu. Hazırda Azərbaycan Fond Birjasında səhmlərin ticarət dövriyyəsinin 95%-dən çoxu ABB-nin səhmlərinin payına düşür. Bu isə bazarda alternativ alətlərin artmasına olan ehtiyacı bir daha göstərir və investorlar üçün daha geniş seçim imkanlarının vacibliyinə işarə edir.
Forumda xarici təcrübələr müzakirə edilərkən qiymətli kağızların çeşidinin çox olması, məlumatların investorlara operativ və şəffaf şəkildə təqdim edilməsi, eləcə də bazar infrastrukturunun rahatlığı beynəlxalq uğurun əsas faktorları kimi qeyd olundu.
Bu kimi müzakirələr ölkəmizdə kapital bazarlarının daha da inkişaf etməsi, rəqabətli və dayanıqlı maliyyə ekosisteminin formalaşması üçün mühüm addımlardır.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
8 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
22 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 45 d. əvvəl
- 48 d. əvvəl
-
49 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib





















