“PAŞA Bank” sindikativ kredit bazarının inkişafına dəstək verən forum keçirib
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 18 noyabr 2025-ci il tarixində “II İllik Sindikativ Kreditlər Forumu”nu keçirib.
Tədbirdə yerli sindikativ kredit bazarının inkişaf istiqamətləri, xarici bankların təcrübəsi və bu prosesdə rolu, lokal bazarda beynəlxalq maliyyə institutlarının iştirak perspektivləri, bazarda mövcud çağırışlar və yeni imkanlar, eləcə də bazarın inkişafı üçün praktiki həllər və yol xəritəsi müzakirə olunub.
Forumda çıxış edən “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, tədbir sindikativ kredit bazarının inkişafı üçün vacib müzakirə platformasıdır və burada aparılan fikir mübadiləsi bazarın gələcək istiqamətinə töhfə verir. O vurğulayıb ki, sindikativ kreditlərin inkişafı zəruridir və məqsəd bu aləti müştərilərin güvənəcəyi davamlı və effektiv maliyyələşmə vasitəsinə çevirməkdir. Süleymanov həmçinin qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorunun genişlənməsi və iqtisadiyyatda yeni layihələr bazarın potensialını artırır, aparıcı reytinq agentliklərinin ölkənin investisiya dərəcəsini yüksəltməsi isə xarici sindikativ kreditləri daha da cəlbedici edir.
Qeyd edək ki, tədbirdə 100-ə yaxın yerli və beynəlxalq bank və maliyyə institutlarının nümayəndələri, korporativ sektor və hüquqi xidmət sahələrinin ekspertləri iştirak edib. İştirakçılar interaktiv sessiyalar vasitəsilə suallarına cavab tapmaq və beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.
“PAŞA Bank” son illər alternativ maliyyələşmə imkanlarının artırılması istiqamətində fəal təşəbbüslər həyata keçirir. Bank tərəfindən 2024-cü ildə “Azərbaycanda sindikat kreditləşmə” və “Azərbaycanda alternativ investisiyalar” mövzusunda keçirilən tədbirlər də bu ekosistemin formalaşmasına töhfə verib.
2025-ci ildə Bank real sektor və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” seçilib, həmçinin “Stevie Awards”-da “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub və “Global Finance” nəşri tərəfindən təqdim olunan “World’s Best Private Banks 2025” mükafatının qaliblərindən biridir. Bank müştəriyönümlü yanaşması, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyası və innovativ həlləri ilə seçilir və gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
8 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
9 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
9 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
9 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)













