Fintex Assosiasiyasının yeni rəhbəri seçildi – Edqar Abdullayev
28 oktyabr 2025-ci il tarixində Azərbaycan Fintex Assosiasiyasının (AzFina) Ümumi Yığıncağında, Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə keçirilən şəffaf və anonim seçki prosesi nəticəsində Azərbaycanın ilk lisenziyalı elektron pul təşkilatı olan "United Payment" MMC-nin Baş İcraçı Direktoru Edqar Abdullayev Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin Sədri seçilib.
Edqar Abdullayev maliyyə texnologiyaları sahəsində 18 ildən çox peşəkar və strateji liderlik təcrübəsinə malikdir. O, 10 il telekommunikasiya və innovasiya sahəsində, ardınca isə 8 ildən artıq müddətdə bank və fintex sektorunda strateji transformasiya layihələrinə rəhbərlik edərək, ölkənin rəqəmsal inkişafında mühüm rol oynamışdır. Hazırda rəhbərlik etdiyi "United Payment" MMC, 2021-ci ildən təsis edilmiş və ölkədə açıq bankçılıq, elektron pul, ödəniş aqreqasiyası, beynəlxalq rəqəmsal ödənişlər və lisenziyalı fintex xidmətlərinin inkişafında öncül rol oynayır.
Yeni rəhbərlik dövründə AzFina aşağıdakı strateji hədəflərə fokuslanmağı planlaşdırır:
- Fintex şirkətləri ilə requlyatorlar (Mərkəzi Bank və digər nəzarət orqanları) arasında daha şəffaf və səmərəli əməkdaşlıq mühiti qurmaq;
- Assosiasiyanın beynəlxalq nüfuzunu artırmaq və qlobal layihələrdə yerli fintex-lərin iştirakını təmin etmək;
- Üzv bazasını genişləndirərək ölkədə rəqəmsal ödəniş xidmətlərinin koordinasiyalı inkişafına təkan vermək;
- Kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün sərfəli və innovativ fintex həllərini təşviq etmək;
- İstehlakçılar üçün təhlükəsiz, innovativ və regulyator tələblərə uyğun məhsul və xidmətlərin təqdim olunmasına dəstək vermək.
Bu təyinatla bağlı danışan Edqar Abdullayev bildirib:
“Ölkəmizin maliyyə ekosistemində kifayət qədər vacib rol oynayan lisenziyalı Fintex təşkilatlarının etimadını doğrultmaq istiqamətində var gücümüzlə çalışacaq və bütün resurslarımızı səfərbər edəcəyik. Qarşıdakı dövrdə həm yerli bazarda, həm də beynəlxalq platformalarda daha çevik, şəffaf, dayanıqlı və innovativ fintex ekosistemi qurmaq əsas prioritetimiz olacaq.”
Assosiasiyanın üzv təşkilatlarının iştirakı ilə keçirilən səsvermə nəticəsində İdarə Heyətinin sədri Edqar Abdullayev (UNITED PAYMENT AZERBAIJAN) ilə yanaşı, sədrin müavini olaraq Eynar Abdullayev (GoldenPay OJSC) seçilmişdir.
İdarə Heyətinin üzvlüyünə Zeynal Kərimzadə (Epoint.az), İqbal Rüstəmov (PashaPay) və Rasim Həmmədov (Expresspay) təyin edilmişdir.
Həmçinin Nəzarət-təftiş komissiyasının üzvləri isə Mehriban Əlizadə (PulPal – onlayn ödəniş sistemi), Valeriya Qəniyeva (Max Systems LLC) və Murad Mirzə (akart.az) olmuşdur.
Qeyd edək ki, Azərbaycan Fintex Assosiasiyası hazırda ölkədə Mərkəzi Bankla birgə açıq bankçılıq platformasının genişlənməsi, rəqəsmal ödəniş alətlərinin inkişaf etdirilməsi ilə ödəniş xidmətlərinin rəqəmsallaşması, maliyyə inklyuzivliyinin artırılması və elektron pul tənzimləmələri çərçivəsində aparıcı sektor platformasına çevrilməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
14 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























