Polad incəsənətə çevriləndə - “Baku Steel Art” 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb
(®) Bakıda genişmiqyaslı mədəni festival olan “Fly to Baku. Art Weekend. Sense the Future NOW” çərçivəsində keçirilən “Baku Steel Art” 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb.
“Baku Steel Company” QSC və “QGallery” tərəfindən birgə təşkil olunan simpozium Azərbaycan, Pakistan, Türkiyə, Rumıniya, Almaniya, Serbiya, İran və Özbəkistan daxil olmaqla, 8 ölkədən 14 sənətkarı yaradıcılıq dialoqu məkanında birləşdirir.
Bu beynəlxalq layihə metallurgiya ilə incəsənətin qarşılıqlı əlaqəsini nümayiş etdirərək ətraf mühitə qarşı məsuliyyətli münasibətə ruhlandırır və dayanıqlı inkişaf ideyalarını təşviq edir.
Simpozium ekoloji məsuliyyətin artan əhəmiyyətini vurğulayır və qlobal ekoloji çağırışlar kontekstində bədii təxəyyül ilə sənaye innovasiyaları arasında yeni baxış bucağı açır.
Bir neçə gün ərzində iştirakçılar metalı ifadəli sənət əsərlərinə transformasiya edərək, ekoloji davamlılıq, materialların təkrar emalı və texnologiya ilə yaradıcılıq arasında dialoq kimi müasir dövrün əsas mövzularını əks etdirən monumental instalyasiyalar, incə kompozisiyalar və konseptual obyektlər yaradırlar. Metal cilalanmasının səsində və qaynaq alovlarının qığılcımında metal poetik bir ölçü qazanır - ilhamlandıran, təsirləndirən və düşündürən bir ifadə vasitəsinə çevrilir.
Simpozium başa çatdıqdan sonra əsərlər Bakı Bulvarının (daha ətraflı festivalın saytında) açıq hava sərgi məkanlarında nümayiş etdiriləcək, bu da tamaşaçılara şəhərin mərkəzində sənətkarlıq, texnologiya və incəsənətin vəhdətindən yaranan ab-havaya qərq olmağa imkan verəcək.
“Fly to Baku. Art Weekend” festivalının bir hissəsi olan simpozium, 31 oktyabr - 2 noyabr tarixləri arasında keçirilir və Bakının ən simvolik məkanlarında 40-dan çox sərgi, performans və maarifləndirici təşəbbüsləri birləşdirəcək çoxsahəli mədəni proqramın mühüm elementidir.
Qeyd edək ki, ötən il 17-30 sentyabr 2024-cü il tarixləri arasında Bakıda regionda ilk dəfə beynəlxalq metal simpoziumu – “Baku Steel Art 2024” baş tutmuşdu. Simpoziuma Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Hindistan və Bolqarıstan daxil olmaqla, 7 ölkədən 12 sənətkar qatılmışdı.
Təşkilatçılar haqqında:
• Baku Steel Company - Qafqaz regionunun aparıcı metallurgiya müəssisəsi olub, innovativ texnologiyaları, ekoloji məsuliyyət və sənaye ilə incəsənət arasında əməkdaşlığı təşviq edən layihələrə dəstəyi ilə tanınır.
• QGallery - 1999-cu ildə Bakıda təsis edilmiş, həm tanınmış ustadları, həm də gənc rəssamları təmsil edərək yerli və beynəlxalq incəsənət səhnələrini birləşdirən Azərbaycanın müasir incəsənət sahəsində ən nüfuzlu platformalarından biridir.
Festivalın konteksti:
Fly to Baku. Art Weekend. Sense the Future NOW - Bakını yaradıcılıq, irs və ekoloji düşüncənin canlı kətanına çevirən beynəlxalq incəsənət və mədəniyyət festivalıdır. Su metaforasından və Xəzər dənizinin obrazından ilhamlanan festival yaddaş və təxəyyülü, ənənə və müasirliyi, təbiət və innovasiyanı, incəsənət və gələcəyi birləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
31 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





























.jpg)
